"TuranBank" böyüyüb, gəlirləri artıb, cari ilin 9 ayını xalis mənfəətlə başa vurub

"TuranBank" ASC 2025-ci ilin ilk doqquz ayında (yanvar-sentyabr) fəaliyyətini mənfəətlə başa vursa da, göstəricilərdə həm gəlir artımı, həm də xərclərin yüksəlməsi və mənfəətdə cüzi azalma müşahidə olunub. Bankın aktiv və kredit portfeli böyüyüb, depozit strukturunda isə fərqli meyllər qeydə alınıb.
Faiz gəlirləri 12,7% artıb

Biznes.az xəbər verir ki, "TuranBank"ın faiz gəlirləri 2025-ci ilin yanvar-sentyabr dövründə 75,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 milyon manat və ya 12,7% çoxdur (2024-cü ildə - 66,7 milyon manat).
Faiz xərcləri isə 39,4 milyon manat olub ki, bu da 3,3 milyon manat və ya 9,0% artım deməkdir (2024 - 36,1 milyon manat).
Qeyri-faiz gəlirlərində artım müşahidə olunub
Qeyri-faiz gəlirləri 2025-ci ilin doqquz ayında 17,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövründəki 14,8 milyon manatla müqayisədə 2,5 milyon manat və ya 16,8% artımdır.
2025-ci ilin doqquz ayında qeyri-faiz xərcləri isə 31,5 milyon manat olub ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisini (28 milyon manat) 3,6 milyon manat və ya 12,7% üstələyir.
Əməliyyat gəlirləri artıb
Cəmi əməliyyat gəlirləri (faiz + qeyri-faiz gəlirləri) 2025-ci ilin yanvar-sentyabr dövründə 92,3 milyon manat olub. Bu, ötən ilin eyni dövründəki 81,4 milyon manatla müqayisədə 10,9 milyon manat və ya 13,4% artım deməkdir.
Cəmi əməliyyat xərcləri (faiz + qeyri-faiz xərcləri) isə 70,9 milyon manat təşkil edib. 2024-cü ildə bu göstərici 64,1 milyon manat idi. Nəticədə xərclərdə 6,8 milyon manat və ya 10,6% artım qeydə alınıb.
Diqqətçəkən məqam odur ki, əməliyyat gəlirlərindəki artım (13,4%) xərclərdəki artımdan (10,6%) yüksək olsa da, ehtiyatlara ayırmalar və digər amillər nəticəsində xalis mənfəətdə azalma baş verib.
Ehtiyatlara ayırmalar 28% artıb
Mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmalar 2025-ci ilin doqquz ayında 19,7 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 milyon manat və ya 28 artım deməkdir (2024 - 15,4 milyon manat).
2025-ci ilin ilk doqquz ayında  "TuranBank"ın xalis mənfəəti isə 1 milyon 602 min manat olub ki, bu da ötən ilin göstəricisindən 63 min manat və ya 3,8% azdır (2024 - 1 milyon 665 min manat).
Aktivlər və kredit portfeli artıb
2025-ci ilin 30 sentyabr tarixinə "TuranBank"ın cəmi aktivləri 892,5 milyon manat təşkil edib. Bu, ilin əvvəlindən (31 dekabr 2024 - 849,8 milyon manat) 42,7 milyon manat və ya 5% artım deməkdir.
Kredit portfeli isə 710,9 milyon manata çataraq, ötən ilin sonuna nisbətən 59,1 milyon manat və ya 9,1% böyüyüb.
Kredit portfelinin strukturu:
İstehlak kreditləri - 206,1 milyon manat (2024 sonu: 156,3 milyon manat)
- Artım 49,8 milyon  manat və ya 31,9%
 Biznes kreditləri - 367,7 milyon manat (2024 sonu: 366,1 milyon  manat)
- Artım 1,6 mln. manat və ya 0,4%
İpoteka kreditləri - 137,2 milyon manat (2024 sonu: 129,5 milyon manat)
- Artım 7,8 mln. manat və ya 6%
Fiziki şəxslərin əmanətləri artıb
 "TuranBank"ın cəmi öhdəliklər 30 sentyabr 2025-ci il tarixinə 787,96 milyon manat olub ki, bu da ilin əvvəlindən 40,1 milyon manat və ya 5,4% artımdır (2024 - 747,9 milyon manat).
Depozit portfeli isə 445,4 milyon manata enib. 2024-cü ilin sonunda bu göstərici 461,5 milyon manat idi. Beləliklə, 16,1 milyon manat və ya 3,5% azalma baş verib.
Depozitlərin strukturu:
Fiziki şəxslər - 386,3 milyon manat (2024 - 366,9 milyon manat)
- Artım 19,5 milyon manat, +5,3%
Hüquqi şəxslər - 59,1 milyon manat (2024 - 94,6 milyon manat)
- Azalma 35,6 milyon manat -37,6%
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 156,5 milyon manata çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 47,1 milyon manat və ya 43,1% artım deməkdir (2024 - 109,4 milyon manat).
116 milyon manata yaxın məcmu kapitalı var
30 sentyabr 2025-ci il tarixində "TuranBank"ın məcmu kapital 115,8 milyon manat olub. Bu, 31 dekabr 2024-cü ildəki 120,6 milyon manatla müqayisədə 4,7 milyon manat və ya 3,9% azdır.
"TuranBank" 2025-ci ilin yanvar-sentyabr dövründə əməliyyat gəlirlərini artırmağa nail olub. Lakin ehtiyat ayırmalarının yüksəlməsi və xərclərin genişlənməsi nəticəsində xalis mənfəət ötən ilin göstəricisinə nisbətən azalıb. Aktiv və kredit portfelindəki artım bankın bazarda fəaliyyətini genişləndirdiyini göstərir, lakin depozit strukturundakı dəyişikliklər və kapital azalması diqqət tələb edən məqamlar sırasındadır.
"TuranBank" böyüyüb, gəlirləri artıb, cari ilin 9 ayını xalis mənfəətlə başa vurub"TuranBank" böyüyüb, gəlirləri artıb, cari ilin 9 ayını xalis mənfəətlə başa vurub"TuranBank" böyüyüb, gəlirləri artıb, cari ilin 9 ayını xalis mənfəətlə başa vurub

Banklar     Tarix: 15 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq dollar kursu