TuranBank-dan onlayn kredit götürmək SİMA ilə daha rahat

TuranBank-dan onlayn kredit götürmək SİMA ilə daha rahat®Azərbaycanın bank sistemində stabilliyi və etibarlılığı ilə seçilən TuranBank ASC rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atmağa, məsafədən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməyə davam edir.
Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC tərəfindən yaradılan SİMA vasitəsilə artıq TuranBank mobil əlavəsi üzərindən onlayn kredit də əldə etmək mümkündür. Tərəfdaşlığa əsasən müştərilər filiala gəlmədən, bank əməliyyatlarına vaxt itirmədən bir neçə toxunuşla TuranBank mobil tətbiqi üzərindən müvafiq sənədləri SİMA – yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə istehlak krediti əldə edə bilərlər. Üstəlik TuranBank-dan krediti onlayn sifariş edən müştərilər kreditin illik faizinə endirim əldə edəcəklər. Həmçinin Bankın yeni müştərisi olacaq şəxslər istehlak krediti alaraq cari hesab aça, kartın çatdırılması xidmətindən istifadə edə və TuranBank-ın daimi müştərisinə çevrilə bilərlər. Qeyd edək ki, Kredit müqavilələrinin SİMA ilə imzalanması müştəriləri kağız sənədlər toplamaq yükündən azad etməklə yanaşı, imzalanmanın vaxt və yer məhdudiyyəti olmadan günün istənilən anı həyata keçirməsini mümkün edir.  
Qeyd edək ki, TuranBank mobil əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər Bankın müştərilərinə təqdim etdiyi əmanət, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır. TuranBank mobil əlavəsini qeyd olunan keçidə daxil olaraq yükləyə bilərsiniz: 
Məlumat üçün bildirək ki, ötən ilin may ayından etibarən SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə TuranBank mobil tətbiqi üzərindən onlayn əmanət yerləşdirmək mümkündür. Gələcəkdə digər məhsullardan istifadə üçün "AzInTelecom" və TuranBank tərəfindən bu istiqamətdə birgə iş aparılır. 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin təqdim etdiyi bu innovativ həll vasitəsilə bank xidmətləri ilə yanaşı, elektron imzanın tətbiq olunduğu bütün sahələrdə göstərilən xidmətlərdən istifadə mümkün olacaq. Bunlara rəqəmsal dövlət xidmətləri, eləcə də bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, internet provayderlər və digər seqmentlər üzrə təqdim edilən məhsul və xidmətlər daxildir. Yeni nəsil rəqəmsal imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. SİMA rəqəmsal imza həlli ilə bağlı ətraflı məlumatı şirkətin rəsmi saytından və 157 AzInTelecom Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır… / banker.az

Banklar     Tarix: 11 avqust 2023

Oxşar xəbərlər

Yelo Bank-ın Summer Challenge 2026 təcrübə proqramına qeydiyyat başladı

Yelo Bank karyera pillələrini inamla addımlamaq istəyən dinamik gənclər üçün qapılarını açır. Bankın hər il böyük maraqla qarşılanan "Summer Challenge 2026" təcrübə proqramına qeydiyyat başladı. Bu proqram tələb

Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalı maliyyələşdirməyə kifayət edir

Azərbaycanın strateji valyuta ehtiyatları cari ilin 4 ayının sonuna 2.9 mlrd. və ya 3.4% artıraq 87.9 mlrd. ABŞ dollar səviyyəsinə yüksəlib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransınd

"Alfa Kapital BOKT"ın mənfəəti 89% artıb

"Alfa Kapital BOKT" MMC (keçmiş "Effektinvest") 2025-ci ili 382 min 799 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 202 min 390 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub

Expressbank ASC növbəti sosial təşəbbüsə imza atıb. Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən. V

BOKT "KREDEX" QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı

BOKT "KREDEX" QSC 2025-ci ili 1 milyon 95 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2024-cü ili 1 milyon 298 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "KREDEX" QSC -nin xali

"İdeal Kredit" BOKT strategiyasını uğurla icra edir – MƏNFƏƏT KƏSKİN ARTIB

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Açıqlana

"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb

"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon  manata çatıb. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. O bildirib ki, ötürülən portfelin böyük hissəs

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (may)

5 may 2026-cı il tarixinə Azərbaycanda manat üzrə 6 aydan 36 ayadək müddəti əhatə edən əmanət faizlərini araşdırıb. 6 aylıq əmanətlərdə bazarda ən yüksək faizlər "Expressbank" və "Kapital Bank" tərəfində

Bankların komissiyadan gəlirləri ilk rübdə 105 mln. manatı keçib

Azərbaycan bankları 2026-cı ilin ilk rübündə komissiyadan 105.1 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 15% artımı deməkdir. Ötən ilin eyni dövründ


iqtisadi xeberler valyuta xeberleri investisiya 1000 manatla biznes bitcoin qiymeti