TuranBank DOST Agentliyi ilə birgə şəhid övladlarını sevindirib

TuranBank DOST Agentliyi ilə birgə şəhid övladlarını sevindirib®Hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edən TuranBank bu ənənəyə sadiq qalaraq "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə növbəti uğurlu layihəyə imza atıb.
Belə ki, Bank DOST Agentliyinin "Könüllü DOST" proqramının təşkilatçılığı ilə həyata keçirilən "Miras – İrsimizi Yaşadaq" layihəsi çərçivəsində şəhid  övladlarının İsmayıllı rayonu və Şamaxı şəhərinə səfərinin təşkilinə maliyyə dəstəyi göstərib. Layihənin əsas məqsədi şəhidlərimizin övladlarını diqqət mərkəzində saxlamaq və  onların sosial qayğı ilə əhatə olunmasını təmin etməklə yanaşı, onları Azərbaycanın zəngin mədəni, tarixi və mənəvi irsi ilə yaxından tanış etmək, onlarda milli kimlik və mənsubiyyət hissinin gücləndirilməsinə töhfə verməkdir.
İştirakçılar ilk olaraq İsmayıllı "DOST Evi" filialını ziyarət edərək rəsm, bədii oyma və xalçaçılıq üzrə ustad dərslərində iştirak ediblər. Daha sonra Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunda uşaqlar üçün kəlağayı sənəti üzrə ustad dərsi keçirilib. Eyni zamanda layihə iştirakçıları bölgənin tarixi-mədəni məkanlarına səfər edib, milli-mənəvi dəyərlərimizi əks etdirən nümunələrlə yaxından tanış olmaq imkanı əldə ediblər.
Ustad dərslərini uğurla tamamlayan iştirakçılara motivasiya xarakterli xüsusi "Miras pasportu" təqdim olunub.
Layihə çərçivəsində həmçinin Şamaxı Astrofizika Rəsədxanasına infotur təşkil olunub. Burada şəhid övladlarına astronomiya elmi, kosmik tədqiqatlar və rəsədxananın fəaliyyəti barədə ətraflı məlumat verilib. Sonda uşaqlara müxtəlif bayram hədiyyələri təqdim olunub.
Qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bank bundan sonra da şəhidlərimizin ailə üzvlərinə, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələr edərək onların üzündə təbəssüm yaratmağa davam edəcək.
TuranBank
Bizimlə etibarlıdır…
TuranBank DOST Agentliyi ilə birgə şəhid övladlarını sevindiribTuranBank DOST Agentliyi ilə birgə şəhid övladlarını sevindiribTuranBank DOST Agentliyi ilə birgə şəhid övladlarını sevindiribTuranBank DOST Agentliyi ilə birgə şəhid övladlarını sevindiribTuranBank DOST Agentliyi ilə birgə şəhid övladlarını sevindiribTuranBank DOST Agentliyi ilə birgə şəhid övladlarını sevindiribTuranBank DOST Agentliyi ilə birgə şəhid övladlarını sevindirib/ banker.az

Banklar     Tarix: 01 iyun 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler kicik biznes dollar məzənnəsi birbank valyuta xeberleri