TuranBank zəmanət tranzaksiyasını Asiya İnkişaf Bankı ilə reallaşdırmağa başlayıb
TuranBank beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank bu uğurlu əməkdaşlıqların davamı olaraq Asiya İnkişaf Bankının Ticarət və Təchizat Zəncirinin Maliyyə Proqramından (TSCFP) yararlanmağa başlayıb. Sözügedən zəmanət mexanizmi idxal-ixrac əməliyyatlarının, eyni zamanda Azərbaycanda biznes mühitinin, xüsusilə də qeyri-neft sektorunun maliyyə resusrlarına çıxış imkanlarının genişləndirilməsini hədəfləyir.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Qeyd edilib ki, ayrılan maliyyə resursu mövcud bazar boşluqlarının aradan qaldırılması, eləcə də, ölkə iqtisadiyyatının gücləndirilməsi və şaxələndirilməsi istiqamətində daha genişmiqyaslı təşəbbüslərin dəstəklənməsinə xidmət edir.
Bu əməkdaşlıq Asiya İnkişaf Bankının strateji hədəflərinə uyğun olaraq regional inteqrasiyanın təşviqinə, özəl sektorun inkişafına və davamlı iqtisadi artıma töhfə verir. Məlumat üçün bildiririk ki, 2024-cü il ərzində Asiya İnkişaf Bankının Ticarət və Təchizat Zəncirinin Maliyyə Proqramı 45 ölkədə 200-dən artıq tərəfdaş bankla əməkdaşlıq edərək, ümumi dəyəri 5,8 milyard ABŞ dolları olan 27,600-dən çox əməliyyatı dəstəkləyib.
Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə TuranBank daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuşdur. Bank Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz. / marja.az

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub
ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır
Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib
ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək
YAP-ın Sabunçu təşkilatı və "Balakhani Operating Company LTD"nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib
Milyonlar qazandıran qəribə biznes ideyaları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
SWIFT nədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Layihə menecmenti nədir?