"Türk İqtisadi İcmalı"ı Macarıstanı da əhatə edəcək – SƏFİRLƏ GÖRÜŞ
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma və missiya rəhbərinin müavini Tamaş Vaszarini qəbul edib.
FED.az xəbər verir ki, Vüsal Qasımlı Macarıstanın Avropa məkanında Azərbaycanın ən vacib tərəfdaşlarından biri olmaqla iki ölkə arasında çox yaxşı siyasi, iqtisadi və ticarət əlaqələrinin olduğunu və enerji sahəsində strateji əməkdaşlığının əhəmiyyətini qeyd edib. Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyətin iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.
Səfir Tamaş Yojef Torma Macarıstandan olan beyin mərkəzləri ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında birgə tədqiqatların aparılması, iqtisadi forumların və seminarların təşkil olunması sahəsində əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıb.
V.Qasımlı "Doing Business" və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, Mərkəzin layihələri olan Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi barədə səfirə ətraflı məlumat verilib.
Görüşdə Mərkəzin dövrü nəşri olan və ticarət, neft və qaz, nəqliyyat və logistika sahəsində türk dünyası ölkələrinin müqayisəli təhlilini özündə əks etdirən "Türk İqtisadi İcmalı" təqdim edilib və nəşrin növbəti buraxılışında Macarıstana dair bölmənin hazırlanmasında birgə əməkdaşlıq barədə razılığa gəlinib.
Sonda qonağa Mərkəzin hazırladığı "Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu" kitabı təqdim edilib.

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
İlon Mask kimdir?
"iPhone 15" modelinin üstünlükləri
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
2026-ci ilin TOP-5 onlayn biznes ideyası