Türkiyə bankı Azərbaycanda biznes kreditlərini artırıb, zərərdən mənfəətə keçib

Türkiyə bankı Azərbaycanda biznes kreditlərini artırıb, zərərdən mənfəətə keçib"Yapı Kredi Bank Azərbaycan" QSC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 361 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 232 min manat, tam 2021-ci ili isə 931 min manat xalis zərər ilə bağlamışdı. Bankın 2022-ci ilin birinci yarısındakı xalis mənfəəti gəlirlərinin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 232 min manat və ya 2 % artaraq 12 milyon 121 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 921 min manat və ya 29,7% artaraq 8 milyon 382 min manat təşkil edib.  
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2022-ci ilin yanvar-iyun dövründə "Yapı Kredi Bank Azərbaycan" QSC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 20 milyon 503 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 16 milyon 16 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın əməliyyat mənfəəti 4 milyon 487 min manat təşkil edib. Əməliyyat mənfəətindən 2 milyon 477 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılıb, 649 min manat mənfəət vergisi ödənilib.
2021-ci ilin yanvar-iyun dövründə "Yapı Kredi Bank Azərbaycan" QSC-nin cəmi əməliyyat gəlirləri 18 milyon 350 milyon manat, əməliyyat xərcləri 14 milyon 744 min manat, əməliyyat mənfəəti 3 milyon 606 min manat, mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırma 3 milyon 372 min manat, mənfəət vergisi 465 min manat təşkil etmişdi.
2022-ci ilin yanvar-iyun dövründə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri 2 milyon 153 min manat, cəmi əməliyyat xərcləri 1 milyon 271 min manat artıb. Gəlirlər xərclərdən daha çox artdığından əməliyyat mənfəəti 882 min manat daha çox olub.
BANKIN BİZNES KREDİTLƏRİ PORTFELİ DAHA ÇOX ARTIB
2021-ci ilin sonu ilə müqayisədə "Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 45 milyon 990 min manat və ya 26,3% artaraq 30 iyun 2022-ci il tarixində 220 milyon 904 min manat təşkil edib. Cari ilin ilk 6 ayında Bankın biznes kreditləri portfeli 42 milyon 622 min manat və ya 36,3% artaraq 159 milyon 878 min manata, ipoteka kreditləri portfeli 2 milyon 717 min manat və ya 15,5% artaraq 20 milyon 224 min manata, istehlak kreditləri portfeli isə 651 min manat və ya 1,6% artaraq  40 milyon 802 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2022-ci il tarixində "Yapı Kredi Bank Azərbaycan" 76 milyon 305 min manat məcmu kapitala malik olub. Bank 2021-ci ilin sonunda 74 milyon 316 min manat məcmu kapitala malik idi.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin səhmdarları Türkiyədə təsis edilmiş "Yapı və Kredi Bankası A.Ş" (99,8%), "YK Yatırım Menkul Degerler A.Ş" (0,01%) və "YK Lease AŞ"dir (0.01%).
Türkiyə bankı Azərbaycanda biznes kreditlərini artırıb, zərərdən mənfəətə keçibTürkiyə bankı Azərbaycanda biznes kreditlərini artırıb, zərərdən mənfəətə keçibTürkiyə bankı Azərbaycanda biznes kreditlərini artırıb, zərərdən mənfəətə keçib

Banklar     Tarix: 24 iyul 2022

Oxşar xəbərlər

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq biznes xeberleri