Türkiyə kapitallı bank Azərbaycanda müştərilərə verilən kreditləri artırıb
Türkiyə kapitallı "Ziraat Bank Azərbaycan" ASC-nin cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə 45 milyon 7 min manat artaraq 31 mart 2025-ci il tarixində 574 milyon 721 min manata çatıb.
Marja.az xəbər verir ki, "Ziraat Bank Azərbaycan" 31 mart 2025-ci il tarixində 909 milyon 242 min manat cəmi aktivlərə malik olub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İLK RÜBÜ XALİS MƏNFƏƏT İLƏ BAĞLAYIB
"Ziraat Bank Azərbaycan" 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 3 milyon 572 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 4 milyon 349 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 777 min manat və ya 17,9% azalıb.
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəətinin azalması xərclərinin daha çox artması, əsasən də depozitlər üzrə faiz xərclərinin, əməkhaqqı xərclərinin və digər bir sıra xərclərin artması ilə əlaqədardır.
"Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2025-ci ilin ilk rübündə 2024-cü ilin ilk rübü ilə müqayisədə 3 milyon 612 min manat və ya 23,5% artaraq 18 milyon 948 min manat təşkil edib.
"Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2025-ci ilin ilk rübündə 2024-cü ilin ilk rübü ilə müqayisədə 3 milyon 904 min manat artaraq 12 milyon 869 min manat təşkil edib.
"Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat xərclərindəki artım cəmi əməliyyat gəlirlərindəki artımı üstələdiyi üçün əməliyyat mənfəəti cüzi (292 min manat) azalıb. Bank əməliyyat mənfəətindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar edib və mənfəətdən vergi ödəyib.
"Ziraat Bank Azərbaycan" ASC-nin səhmdarları 99.98% səs vermə hüququna malik səhmlərin sahibi "T.C.Ziraat Bankası" ASC, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi "Ziraat Teknoloji" ASC və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi "Ziraat Yatırım Menkul Değerler" ASC-dir.





"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
IMEI kod nədir?
Bill Qeyts kimdir?