Türkiyə Mərkəzi Bankı faizini daha da artırdı

Türkiyə Mərkəzi Bankı faizini daha da artırdı70 faizə yaxınlaşan inflyasiyanın kölgəsində Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, TCMB əsas faizini 5,00 bənd də artıraraq 35 faizə çatdırdı.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bazarlarda da faizin 5 bənd də artırılaraq 35 faizə çatdırılacağı proqnozlaşdırılırdı.
Ötən ay keçirilən iclasda faiz dərəcəsi 5,00 bənd artırılaraq 25 faizdən 30 faizə yüksəldilmişdi.
Bu gün, qərardan öncə ABŞ Dolları/ Türk Lirəsi (TL) məzənnəsi 28,3375 lirə səviyyəsini test edib.
İdarə Heyətinin sədri Hafize Gaye Erkanın rəhbərliyi altında bankın sərt pul siyasətilə əsas faiz dərəcəsi artıq 27 faiz bəndi artırılıb. Bir çox investorların fikrincə, indiki inflyasiya ilə müqayisədə real faiz dərəcələrinin hələ də mənfi zonada olması sərt pul siyasətinin (faizin artırılmasının) kifayət qədər olmadığını göstərir.
"Deutsche Bank" iqtisadçılarına görə, artan geosiyasi risklər,onun inflyasiya və tədiyyə balansına potensial təsirləri səbəbindən TCMB 2023-cü ilin sonuna kimi əsas faiz dərəcəsini 40 faizə çatdıracaq. Bəzi iqtisadçıların fikrincə, yerli seçkilərin yaxınlaşması TCMB-nin "gözlə-gör" mövqeyini seçməsi ilə də nəticələnə bilər.
TCMB yaydığı press-relizində, inflyasiyanın düşməsi prosesini tezləşdirmək, inflyasiya gözləntilərini lövbərləmək və qiymət davranışının pisləşməsinə nəzarət etmək üçün idarə heyətinin monetar sərtləşdirmə prosesini davam etdirməyə (faiz artırmağa) qərar verdiyi qeyd edilib.
Həmçinin Bankın press-relizində, inflyasiya nəzərəçarpacaq yaxşılaşma əldə olunana qədər sərt pul siyasətinin zərurət yarandığı vaxt və ölçüdə mərhələli şəkildə gücləndiriləcəyi bildirilib.

Maliyyə     Tarix: 26 oktyabr 2023

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət


iqtisadi xeberler dollarin kursu bu gun online pul qazanmaq dollar manat kursu dollar kursu