Türkiyədə dollar kəskin bahalaşdı: Bəs yeni ildə Azərbaycan manatının aqibəti necə olacaq? - AÇIQLAMA

Türkiyədə dollar kəskin bahalaşdı: Bəs yeni ildə Azərbaycan manatının aqibəti necə olacaq? - AÇIQLAMAQardaş Türkiyədə dolların məzənnəsinin rekord səviyyəyə yüksəlməsi Azərbaycan cəmiyyətinin narahatçılığına səbəb olub. Bir çox insanlar ölkədə yeni ildən sonra manatın dəyər itirəcəyi, dolların isə bahalaşacağı haqda fikirlər səsləndirməyə başlayıblar. Bu cür məlumatların yayılması cəmiyyətin narahatlığına səbəb olub. Bəs görəsən yeni ildə manatın aqibəti necə olacaq? Milli valyutamızın dəyər itirməsi mümkündürmü?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı alim Elşad Məmmədovun sözlərinə görə, Azərbaycanın əsas xarici ticarət tərəfdaşları olan ölkələrin milli valyutalarının dəyərdən düşməsi sözsüz ki, milli istehsalçılarımıza müvafiq qaydada təzyiq göstərir: "Çünki istər-istəməz həmin ölkələrdəki istehsalçılarla müqayisədə bizim yerli istehsalçılarımız rəqabət baxımından daha çətin vəziyyətə düşür. Sözsüz ki, xarici ticarət tərəfdaşlarımızın milli valyutalarının dəyər itirmisə bizim yerli istehsalçılar üçün problem yaradır. Bununla yanaşı Azərbaycanın fundamental iqtisadi göstəriciləri milli valyutamızın tam şəkildə dayanıqlı saxlanılması üçün bütün imkanları verir. Azərbaycanın xarici ticarətində kəskin müsbət saldo var. İxrac kəskin şəkildə idxalı üstələyir. Nəzərə almalıyıq ki, Azərbaycanda baş verə biləcək devalivasiyanın mənfi tərəfləri yerli istehsalçıların dəstəklənməsi kimi hansısa iqtisadi dividentlərlə müqayisədə daha ağırçəkilidir. Ona görə də, ölkədə milli valyutamızın sabit şəkildə saxlanmasına nail olmaq və bunu təmin etmək lazımdır".
Türkiyədə dollar kəskin bahalaşdı: Bəs yeni ildə Azərbaycan manatının aqibəti necə olacaq? - AÇIQLAMAEkspert əlavə edib ki, ölkədə manatın sabit saxlanması üçün bütün şərait mövcuddur: "Hətta böyük rəqəmlərlə ifadə olunan kapital axınına nisbətən ölkəyə daxil olan valyutanın həcmi, Azərbaycandan çıxan valyutanın həcmindən çoxdur. Ona görə də, manatın dəyərdən düşməsi üçün hansısa tutarlı səbəbin olduğunu düşünmürəm. Tərəziyə qoyduqda devalivasiyaya getməyə səbəb ola biləcək amillərlə müqayisədə milli valyutamızın dəyərinin sabit saxlanılması üçün lazım olan şərtlər daha ağır gəlir.  Düşünürəm ki, yaxın və orta müddətli perspektivdə adekvat makroiqtisadi siyasət həyata keçirilərsə, pul-kredit siyasəti reallaşdırılarsa, o zaman manatın sabitliyinə hansısa real təhlükə olmayacaq".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Xəbərlər     Tarix: 06 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb - SON QİYMƏT

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,5 dollar və ya 4,6% artaraq 124,76 ABŞ dolları olub

Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənay

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil və avtomobillə təminatı istiqamətində iş aparılır. Maraqlıdır ki, mənzillər və avtomobillər kimlərə pulsuz verilir? Ümumiyyətl

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

"Bu, yeni sosial paketin anonsudur" - Pensiya artımında yeni qayda

Azərbaycanda əmək pensiyalarının növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə


iqtisadi xeberler 1000 manatla biznes depozit faizleri dollar mezenne kicik biznes