"Türkiyəin ucuz narlarına görə, Rusiya bazarında aşağı qiymətə narı təklif etmək sərf etmir"

Rusiya-Ukrayna müharibəsi Azərbaycanın nar ixracında əsas bazarları olan Rusiyaya tədarükü 45 %, Ukraynaya isə 83 % azaldıb.
"Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Fərhad Qaraşov  açıqlamasında bildirib ki, Azərbaycan ötən il 22 min tona yaxın nar ixrac edib:
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Bunun 15 min tonu Rusiya bazarına tədarük edilib. Bu il isə Rusiyada qismən səfərbərlik elan edildiyi üçün əhalidə alıcılıq qabiliyyəti azalıb. Ölkə sanksiyaların altında olduğu üçün iqtisadiyyat da təsirə məruz qalıb. Nar isə premium məhsuldur. Bununla yanaşı, Rusiya bazarında əsas rəqiblərimizdən biri Türkiyə narlarıdır. Türk lirəsinin dəyərinin itirməsinə görə, Türkiyədən ucuz qiymətə narların ixracı həyata keçirilir. Azərbaycan tədarükçülərinə isə Rusiya bazarında aşağı qiymətə narı təklif etmək sərf etmir".
F.Qaraşov bildirib ki, Rusiyanın illik nar istehlakı təqribən 140-150 min ton təşkil edir, Türkiyədə nar istehsalı 600 min tondan çoxdur.
"Həmçinin, nar sahələri geniş və istehsalı Azərbaycandan çox olan Özbəkistan da Rusiyaya nar ixrac edir. Rusiya bazarında Özbəkistan da bizim əsas rəqiblərimizdən biri hesab edilir", - deyə Assosiasiya rəhbəri vurğulayıb.
F.Qaraşov deyib ki, Azərbaycanın nar ixracında digər böyük bazarı Ukrayna idi: "Mövcud münaqişəyə görə bu bazarı tamamilə itirmişik. Ötən il təqribən 5 min ton Ukraynaya nar ixrac edilib. Lakin indi az sayda ixracatçılar, əsasən də Ukraynanın qərb tərəfinə ixrac həyata keçirirlər".
Assosiasiya rəhbəri bu il Gürcüstan bazarına ixracın artdığını (2,9 dəfə) qeyd edib: "Bu bazar bizim ənənəvi bazarlarımızdandır. Lakin bu ölkəyə böyük həcmdə nar ixrac edilmir. İxrac edilən nar isə əsasən emal müəssisələrində istifadə edilir. Gürcüstan bizim üçün logistika baxımdan yaxın ölkədir".
Qeyd edək ki, bu ilin 9 ayınd Azərbaycan 3,728 milyon ABŞ dolları (il ərzində 47 % azalıb) dəyərində 2 min 373 ton (49,4 % az) nar ixrac edib. Bunun 2 min 040 tonu Rusiyaya, 145,47 tonu Ukraynaya, 152,27 tonu isə Gürcüstana tədarük olunub.
Assosiasiya sədri ölkə bazarındakı narın satışı ilə bağlı vəziyyətdən də danışıb: "Hələ ki, nar mövsümü başa çatmayıb. Ona görə də deyə bilərəm ki, bu il narçılıqda daha çox məhsuldarlıq gözlənilir. Lakin fermerlərimizin istehsal etdikləri məhsulların daxili satışında problemlər yaşanır. Ölkə bazarlarında narın satışı aşağı qiymətə təklif edilir. Səbəbi budur ki, ixrac azaldığı üçün fermerlərimiz narlarını yerli şəbəkələrə təklif edirlər. Narın satışı azaldığı üçün bağlarda israf olur. Emal müəssisələri narın kiloqramını 5-7 qəpiyə qəbul edir. Bu isə narın yetişdirilməsinin heç maya dəyəri etmir. Bu il fermerlərimizin maddi rifahı da pisləşib, çünki onlar istifadə etdikləri dərman, gübrə və pestisidlər həddindən çox bahalaşıb, yəni maya dəyərinin 40-50 %-i qədər artıb. Bu isə xərclərimizi artıırıb".
O, mövcud vəziyyətdən çıxış yollu kimi Azərbaycan narının ixrac potensialının artırılması və yeni ixrac bazarlarını əldə edilməsi üçün "Global Gap" sertifikatının alınmasını qeyd edib:
"Bunun üçün fermerlərimiz standartlara cavab verən şəraitin qurulmasını, bütün texniki şərtlərin Avropa bazarlarına uyğun təmin etməlidirlər. Həmçinin, "Global Gap" ilə bağlı regionlarda sil-silə təlimlərin və seminarların keçirilməsi də fermerlərimizin maarifləndirilməsi üçün vacibdir. Sertifikatın bir qədər baha olduğunu nəzərə alsaq bu prosesin dövlətimiz tərəfindən subsidiyalaşdırılması və tənzimlənməsi fermerlərimiz üçün daha məqsədəuyğun olardı".
F.Qaraşov hesab edir ki, nar ixracı üçün Avropa bazarları ilə yanaşı digər potensial bazarlar da müəyyənləşdirilməli və bu bazarların alıcılıq qabiliyyətinə uyğun olaraq ixrac potensialı artırılmalıdır: "Keyfiyyətli məhsul istehsalını artırmaq üçün təməl prinsip olan tingçilik məsələsini ön plana çəkməli və fermerlərimizə düzgün və gələcək məhsuldarlığı yüksək olan tingləri almağı təmin etməliyik. Bunun üçün sertifikatlı tingləri müəyyənləşdirmək və seleksiya aparılmış xüsusi bağlarla işləmək, operativ şəkildə yararsız ağacları yeniləri ilə əvəzləşdirmək lazımdır.
Məlumdur ki, son dövrlərdə dərman və gübrələrin qiymətində kəskin artımlar müşahidə edilir. Bununla bağlı subsidiya məbləğinin artırılması fermerlərimiz üçün maliyyə çatışmazlığı istiqamətində böyük dəstək ola bilərdi. İqtisadiyyat Nazirliyi tərəfindən tətbiq edilmiş 3 % ixrac təşviqinin yenidən bərpa olunması və məhsul ixracı zamanı itirilmiş çəki məbləğinin bu vasitə ilə bərpa edilməsi fermerlərimiz tərəfindən arzuolunandır. Yerlərdə fermerlərimizlə sorğuların keçirilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi və narçılıqda dəyər zəncirinin və keyfiyyətin əldə edilməsi üçün artıq Kənd Təsərrüfatı Nazirliyinin lazımi strukturları ilə görüşlər keçirilmiş və bununla bağlı tədbirlər planı yaxın vaxtlarda tərəfimizdən hökumətə təqdim ediləcək".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA / marja.az

Maliyyə     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler leobank kart dollar kursu iqtisadiyyat xeberleri biznes krediti