"UBS" və "Credit Suisse"in birləşməsi 10 minlərlə insanı işsiz qoya bilər
İsveçrənin ən böyük bankı "UBS"in ölkənin 2-ci böyük bankı – "Credit Suisse"lə birləşməsi 10 minlərlə bank əməkdaşının işini itirməsi ilə nəticələnə bilər.
120 minlik kollektivin 1/3-ni əhatə edə biləcək ixtisarların əsas hissəsi "Credit Suisse"in daxili biznesinin və investisiya bankının payına düşəcək.
UBS isə investisiya bölməsini demək olar ki, tamamilə ləğv etməyi planlaşdırdığından, 17 min investisiya bankiri işini itirəcək. Bununla yanaşı, bankın İsveçrədəki filiallarının bağlanması və inzibati vəzifələrin azaldılması nəzərdə tutulur.
Xatırladaq ki, "UBS" ötən bazar günü "Credit Suisse"i 3 milyard franka (3,24 milyard ABŞ dolları) aldığını bəyan edib. Banklar birləşmə barədə sazişi ölkənin Maliyyə Nazirliyi, Milli Bankı və maliyyə bazarlarına nəzarət təşkilatının (FINMA) müdaxiləsindən sonra bağlayıblar. Prosesin bu ilin sonuna qədər tamamlanacağı gözlənilir. / banker.az
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi