"Ulduz" ixrac üzrə öz rekordunu yeniləyib
Azərbaycanın qənnadı istehsalçılarından "Ulduz" Şokolad Fabriki ötən il 5 min ton qənnadı məhsulunu xarici bazara satıb.
Marja.az fabrikə istinadən xəbər verir ki, bu, müəssisənin indiyədək ixrac etdiyi ən böyük həcm olub və Azərbaycanda konfet sahəsində xaricə böyük satışdır.
Ölkəmizdə satılan qənnadı məmulatlarının 60 faizi bu müəssisənin istehsal payına düşür. İstehsal həcmini və çeşidlərini ilbəil artıran fabrik idxalı əvəzləməklə ölkə iqtisadiyyatının inkişafını dəstəkləyir və əhalini daha əlçatan qiymətlərə olan məhsullarla təmin edir. Tamamilə yeni texnoloji avadanlıqlardan ibarət "Ulduz" Şokolad Fabriki öz brendlərini yaratmaqla, idxal məhsullarla keyfiyyətdə də yüksək rəqabətə girib. İstehsal həcmi, rəqabətqabiliyyətli brendləşmiş məhsullar müəssisəyə ixrac potensialını artırmaq imkanı verir.
"Yerli və xarici bazarlardakı fəaliyyətimizin əsas məqsədi iqtisadiyyatımızın dayanıqlığına töhfə vermək və "Made in Azerbaijan" brendini tanıtmaqdır. 2022-ci ildə ümumilikdə 5 min ton qənnadı məhsulunu xarici bazara ixrac etmişik. İxrac etdiyimiz ölkələr, böyük faizlə, ərəb ölkələri, Çin və Rusiya olub", - deyə şirkətdən məlumat verilib.
Müəssisə qida təhlükəsizliyi standartı üzrə BRC sertifikatının "A+" dərəcəsinə sahibdir. Britaniya Pərakəndəçilər Konsorsiumu tərəfindən yaradılan BRC qlobal sertifikatı qida istehsalı müəssisələrində gigiyena, sağlamlıq, təhlükəsizliyi təmin etmək məqsədilə qida əsaslı yarana biləcək risklərin, təhlükələrin aradan qaldırılması üçün şərtləri özündə birləşdirən yüksək səviyyəli standartdır.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki bazara 80-ə yaxın adda şokolad məhsulları təqdim edir.



"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
McDonalds haqqında maraqlı faktlar
ƏDV geri al və onun üstünlükləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?
Biznes plan necə yazılır?