Unibank 22 milyon manat xalis mənfəət əldə edib

Unibank 22 milyon manat xalis mənfəət əldə edib"Unibank" KB ASC 2023-cü ilin üçüncü rübünün yekununda cəmi gəlirlərini rekord  həddə çatdırıb.
Marja.az Banka istinadən xəbər verir ki, cəmi gəlirlər ötəni ilin müvafiq dövrü ilə müqayisədə 43 % artaraq 233 milyon manata çatıb. Dövr ərzində bankın xərclərində daha aşağı – 23 %-lik artım qeydə alınıb. Bunun nəticəsində isə 30 sentyabr tarixinə Bankın əməliyyat mənfəəti ötən ilin uyğun dövrü ilə müqayisədə 3 dəfə artaraq 49 milyon manata çatıb. Ümumi gəlirlilik səviyyəsinin artması, üçüncü rübün sonuna əldə edilən xalis mənfəətin kəskin artımına imkan yaradıb. Unibank bu ilin ilk 9 ayını 22 milyon manat xalis mənfəətlə başa vurub.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov üçüncü rübü bank üçün məhsuldar dövr hesab edir:
"İlin əvvəlindən qeydə alınan sabit və davamlı inkişaf,  bu rübün nəticələrində də özünü göstərib. Bankın bazar mövqeyini qoruyub saxlamaq və daha da inkişafı fonunda xalis mənfəətin ciddi artımı, kapital mövqeyinin möhkəmləndirilməsi, biznesin maliyyələşdirilməsində və depozit portfelinin həcmində qeydə alınan nəzərəçarpan artım, ilin ilk 9 ayının bizim üçün müsbət tendensiyada davam etdiyinin göstəricisidir. Başa vurduğumuz rüb ərzində "Unibank"ın bazar üçün kifayət qədər cəlbedici gəlirli manat istiqrazlarının uğurla yerləşdirilməsi də əhəmiyyətli hadisələrdən biri oldu. Bu müsbət yekunlar, 2023-cü ilin Bank üçün uğurlu layihələrin icrası ilə yadda qalacağına və planlaşdırılan nəticələrin əldə olunacağına əminliyi artırır".
Dövr ərzində Bankın kapital mövqeyi sabit, inkişaflı qalmaqda davam edib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 3-cü rübü ilə müqayisədə 25 % artaraq 152 milyon manat olub. Bu ciddi artım kapital adekvatlılığının yüksəlməsi fonunda baş verib. Belə ki, ötən ilin uyğun dövrü ilə müqayisədə bankın kapital adekvatlılıq əmsalı artaraq, 12.69 % təşkil edib. Bu dövrdə bankın aktivləri də artaraq, 1 milyard 528  milyon manata çatıb.  
Bankın artıq milyard manatı ötən kredit portfeli üçüncü rüb ərzində bir qədər də artaraq 1 milyard 47 milyon manata çatıb. Bu həm də 2022-ci ilin ilk 9 ayı ilə müqayisədə 19 % artım deməkdir. Portfelin strukturunda biznes kreditlərinin payı bir qədər də çoxalıb. Biznes kredit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 16 % artaraq 323 milyon manata yaxın olub. Ayrıca mikro kreditlər portfeli də ciddi artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 35 % artaraq 163 milyon manatı ötüb. Mikrokredit məhsullarının ölkə üzrə mikro sahibkarlara rahat əlçatanlığı,  sürətli kreditin verilməsi və digər üstünlüklər "Unibank"ı seçən mikro müştərilərinin sayının artmasına təkan verib. Bu dövrdə bankı seçən biznes sahiblərinin sayı ümumilikdə 28 % artıb.  Aktiv Mikro, KOS və İri müştərilərin sayındakı artım isə ötən ilin üçüncü rübünün sonu ilə müqayisədə  36% təşkil edib. Biznes müştərilərinin "Unibank"ı seçməsinin əsas səbəblərindən biri də bankda əksər məhsul və xidmətlərin rəqəmsal olaraq təqdim olunmasıdır. Hazırda bütün biznes kreditlərinin ayrılması ilə bağlı qərarların 60%-i avtomatlaşdırılmış sistem vasitəsi ilə verilir.
Bankın ümumi depozit portfeli də 1 milyardlıq rekord hədd üzrə artmaqda davam edir. İlk 9 ayın nəticələrinə görə, depozit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 31 % artaraq, 1 milyard 124  milyon manatı ötüb. Təkcə tələbli depozitlərin məbləğində artım isə 39,7 %-i keçib.
2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 2 dəfə artaraq 6 milyard manatı ötüb. 
Cari hesab qalıqlarındakı vəsaitin həcmində isə ötən ilin eyni dövrü ilə müqayisədə 40 %-lik  artım qeydə alınıb. Aktiv kart müştərilərinin qeydə alınan artım faizi isə 35 %-i keçib. Son dövrlərdə Bankın məhsul və xidmətlərindən rəqəmsal kanallar vasitəsilə istifadə edən müştəri sayında da ciddi artım var. Hazırda bankın rəqəmsal kanallarından istifadə edən müştərilərin sayı 1 000 000 nəfəri ötüb. 
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Eyni zamada bank xidmətlərinin əlçatanlığını artımaq üçün 2022-ci ildə Leobank layihəsini bazara təqdim etmişdir. 31 ildə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  

Banklar     Tarix: 12 oktyabr 2023

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu


iqtisadi xeberler dollar kursu dollarin kursu bu gun dollar məzənnəsi bitcoin