Unibank 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirir

Unibank 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirirBu ilin sonunadək kapitalın 29 milyon manat artımını hədəfləyən Unibank,  bu istiqamətdə növbəti səhm buraxılışı həyata keçirir. "Unibank Kommersiya Bankı" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 2.72 manat olan 2 500 000 ədəd adi, adlı, sənədsiz səhmlərin emissiya prospekti 6 dekabr tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydə alınıb. 
Xatırladaq ki, səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma proqramı əlavə səhm buraxılışı və subordinasiya borcu cəlb olunmaqla, iki komponentdən ibarətdir. Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. 
Bu prosesin birinci mərhələsi bu ilin avqustunda başa çatıb.  Bu mərhələdə "Unibank"ın hər birinin nominal dəyəri 2.72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalında 12 milyon manata yaxın artım olub. 
Kapitallaşma prosesinin növbəti mərhələsi 30 noyabr tarixində  "Unibank" KB ASC -nin ümumi dəyəri 12 milyon ABŞ dolları məbləğində subordinasiya borcu olan istiqrazlarının uğurla yerləşdirilməsi nəticəsində başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 23 yerli və xarici investor tərəfindən alınıb. Sayı 12 000 ədəd olan sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 8%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 6 ildir. 
Kapitallaşma prosesinin sonuncu mərhələsində isə hər birinin nominal dəyəri 2.72 manat olan 2 500 000 ədəd adi, adlı, sənədsiz səhmlərin emissiyası nəzərdə tutulur. 6.8 milyon manatlıq səhmin emissiyasının anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.
Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir.
Unibank-Sənin Bankın! / banker.az

Banklar     Tarix: 08 dekabr 2022

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l


iqtisadi xeberler bitkoin almaq dollar mezenne internetden pul qazanmaq depozit faizleri