Unibank beynəlxalq proqramlaşdırma yarışına dəstək verir
®Unibank Azərbaycanın rəqəmsal gələcəyinə yönəlmiş təşəbbüslərin daimi dəstəkçisidir. Bank bu dəfə dünyanın ən nüfuzlu intellektual yarışlarından birinə – Bakıda keçirilən 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalına tərəfdaşlıq edir.
31 avqust – 5 sentyabr tarixlərində keçirilən tədbirə dünyanın 70 ölkəsindən 140 komanda qatılıb. Gənc proqramçılar yarış boyu alqoritmik düşüncə, problem həll etmə və komanda bacarıqlarını nümayiş etdirirlər. Azərbaycan bu finalda ADA Universiteti və Bakı Ali Neft Məktəbi komandaları ilə təmsil olunur.Set featured image
Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri hesab olunan müsabiqənin finalı "ICPC Foundation" təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə "ICPC Azərbaycan" icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə keçirilir. Unibank Azərbaycan Banklar Assosiasiyası çərçivəsində tədbirin tərəfdaşları sırasında yer alır.
Bankın bu əməkdaşlığı yalnız böyük bir beynəlxalq tədbirə dəstək deyil. Unibank üçün bu, həm də ölkədə rəqəmsal mühitin möhkəmləndirilməsi, gənclərin IT sahəsində bilik və bacarıqlarının artırılmasına verilən töhfədir. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Fond birjası nədir?
Bitcoin nədir?