Unibank "Dayanıqlılıq / ESG" nominasiyası üzrə regionda birinci oldu
(®) Unibank SME Banking Council 2026- Mərkəzi Asiya tədbiri çərçivəsində keçirilən regional reytinqdə "Sustainability / ESG" nominasiyası üzrə birinci yeri tutub.
Reytinq nəticələrinə əsasən, Unibank yalnız Azərbaycanı təmsil edən banklar arasında deyil, ümumilikdə region üzrə "Dayanıqlılıq" (Sustainability / ESG) istiqamətində ən yüksək nəticə göstərərək lider olub. Bank bu nominasiya üzrə yüksək bal toplayaraq, Qazaxıstan, Qırğızıstan və Özbəkistan banklarını qabaqlayıb.
"SME Banking Club" beynəlxalq platformasının araşdırmalarına əsasən, banklar bir neçə istiqamət üzrə qiymətləndirilib. Sustainability / ESG nominasiyasında qiymətləndirmə bankların dayanıqlılıq strategiyası, ESG yanaşması, dayanıqlı maliyyə həlləri, şəffaflıq, təqdimat və ekspert dəyərləndirməsi əsasında aparılıb.
"Unibank"ın bu uğuru Bankın son illərdə dayanıqlılıq sahəsində sistemli şəkildə həyata keçirdiyi işlərin nəticəsi kimi qiymətləndirilir. Bank dayanıqlılığı sadəcə sosial məsuliyyət istiqaməti kimi deyil, strateji idarəetmənin və biznes qərarlarının ayrılmaz hissəsi kimi qəbul edir. Bu yanaşma bankın yeni inkişaf mərhələsində əsas prioritetlərindən biridir.
Bankın dayanıqlılıq strategiyası və bu istiqamətdə görülən işlər haqqında daha ətraflı bankın rəsmi saytından () məlumat almaq olar.
Unibank — Sənin Bankın! / marja.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları