Unibank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF) qoşulub

Unibank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF) qoşulub®Unibank KB ASC fəaliyyətini beynəlxalq ESG standartlarına uyğunlaşdırmaq və uzunmüddətli dəyər yaratmaq məqsədilə daha bir vacib addım atıb. Bank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF – Partnership for Carbon Accounting Financials) qoşulub. Unibank Azərbaycandan bu təşəbbüsə qoşulan ilk bankdır. Bu tərəfdaşlıq bankın şəffaflığın artırılmasına töhfə verməklə yanaşı, maliyyələşdirilən emissiyaları ölçmək və iqlim riskləri ilə mübarizəyə təkan vermək üçün imkan yaradacaq.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib: "Bu addım Bankımız tərəfindən dayanıqlı maliyyə sahəsində atılmış növbəti öncül və nümunəvi addımlarından biridir. Bu, Bizim dayanıqlılıqla bağlı uzunmüddətli baxışımıza, habelə AR Mərkəzi Bankının "Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi"nə uyğundur. PCAF-a qoşulmaqla, Bank kreditləşmə fəaliyyətinin karbon izini ölçmək və açıqlamaq öhdəliyi götürür. PCAF-ın qlobal standartından istifadə şəffaflığı və hesabatlılığı təmin edir. Bu bizə maraqlı tərəflərin gözləntilərini realizasiya etməyə, ölkənin milli prioritetlərinə və beynəlxalq öhdəliklərə töhfə verməyə kömək edəcək. Uzunmüddətli davanıqlılıq baxışımıza uyğun olaraq, karbon izinin qiymətləndirilməsi təcrübəmizi təkmilləşdirmək üçün PCAF-a qoşulmaqdan qürur duyuruq. PCAF-a qoşulmaqla biz dayanıqlı maliyyə və məsuliyyətli bankçılığa töhfə verməyi hədəfləyirik". 
Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığı (PCAF) kreditlər və investisiyalar hesabına maliyyələşdirilən istixana qazı emissiyalarının razılaşdırılmış standartlar üzrə qiymətləndirmələrini və açıqlamalarını təmin etmək üçün dünya maliyyə inistitutları arasında əməkdaşlıqdır. Qrup altı qitədən 500-dən çox maliyyə institutu ilə Şimali Amerika, Latın Amerikası, Avropa, Afrika və Asiya-Sakit okean regionunda sürətlə genişlənir.
Unibank haqqında 
Unibank Azərbaycanın ən böyük özəl banklarından biridir. Bank 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilib və 2002-ci ilin oktyabr ayının 15-də aparıcı banklardan olan PROMTEXBANK-la birləşərək, adı "Unibank"a dəyişdirilib. Unibank müasir bankçılıq texnologiyalarına və yenilikçi məhsullara fokuslanaraq Azərbaycan bank sektorunda öz yerini möhkəmləndirib. Bank müxtəlif vaxtlarda The Banker və Euromoney tərəfindən Azərbaycanın Ən Yaxşı Bankı kimi tanınıb. Azərbaycan qiymətli kağızlar bazarının öncül iştirakçılarından olan "Unicapital" İnvestisiya Şirkətinin 100 %-lik nizamnamə kapitalı "Unibank"a məxsusdur. Unibank 2021-ci ildə ölkənin ilk yalnız mobil bankı olan LeoBank-ı istifadəyə verib. 2024-cü ildə bank Azərbaycanın kapital bazarında 20 milyon manatlıq yaşıl istiqrazlar buraxaraq, ölkənin aparıcı maliyyə institutlarından biri kimi mövqeyini daha da möhkəmləndirib. Ətraflı məlumat üçün:  
PCAF haqqında
Karbon Mühasibat Maliyyələri üzrə Tərəfdaşlıq (PCAF) 2019-cu ilin sentyabrında qlobal miqyasda istifadəyə verilib. Hazırda 500-dən çox maliyyə institutu PCAF təşəbbüsünə qoşulub. PCAF iştirakçıları öz kreditlərinin və investisiyalarının istixana qazı emissiyalarını ölçmək və açıqlamaq üçün Maliyyə Sənayesi üçün Qlobal İXQ Mühasibatlığı və Hesabat Standartını birgə hazırlamaq üçün birlikdə işləyirlər. Ətraflı məlumat üçün ünvanına baxın. / banker.az

Banklar     Tarix: 17 aprel 2025

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib


iqtisadi xeberler dollarin kursu bu gun kicik biznes valyuta mezennesi dollar mezenne