"Unibank" keçən il nağd kreditləri portfelini böyüdüb
"Unibank KB" ASC-nin pərakəndə kredit portfeli həcmi 2025-ci il ərzində 4.3% və ya 31.2 mln. manat artaraq 731.6 mln. manatdan 762.8 mln. manata yüksəlib.
Banker.az bunu bankın kənar auditin verdiyi rəyə istinadən xəbər verir.
Portfelin əsas hissəsini nağd istehlak kreditləri təşkil edib. Bu kreditlərin həcmi illik müqayisədə 13.9% artaraq 389.7 mln. manatdan 443.8 mln. manata çatıb. Nəticədə onların pərakəndə kredit portfelində payı 32.7%-dən 33.3%-ə yüksəlib.
Bunun əksinə olaraq, kartlarla verilən kredit portfeli 14.3% və ya 36.5 mln. manat azalaraq 255.3 mln. manatdan 218.8 mln. manata düşüb. Bu seqmentin ümumi portfeldə payı isə 21.4%-dən 16.4%-ə geriləyib.
İpoteka üzrə kreditlərin həcmi 15.9% artaraq 86.4 mln. manatdan 100.1 mln. manata yüksəlib. Portfeldə payı da 7.3%-dən 7.5%-ə çatıb.
Əlavə olaraq qeyd edək ki, kommersiya bankının pərakəndə kredit portfelinin keyfiyyətində yaxşılaşma müşahidə olunub. Vaxtında ödənilən (hesabatda bu "Mərhələ 1" kimi qeyd edilir) pərakəndə kreditlərin həcmi il ərzində 609.6 mln. manatdan 659.5 mln. manata yüksəlib və bu kateqoriyanın ümumi pərakəndə kredit portfelində payı 83.3%-dən 86.5%-ə çatıb. Problemli (Mərhələ 3) pərakəndə kreditlər isə 56.7 mln. manatdan 36.2 mln. manata enərək 36.1% azalıb.
Pərakəndə biznes "Unibank"ın əsas gəlir mənbəyi olaraq qalır. 2025-ci ildə bu seqment üzrə faiz gəlirləri 2.5% azalaraq 144.8 mln. manatdan 141.1 mln. manata düşsə da, komissiya gəlirləri 11.4% artaraq 95.4 mln. manatdan 106.3 mln. manata yüksəlib.
Nəticədə pərakəndə biznesin ümumi gəlirləri 3.0% artaraq 240.2 mln. manatdan 247.4 mln. manata çatıb.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SMM nə deməkdir?
Dünyanın ən zəngin idmançıları
Bill Qeyts kimdir?