Unibank qadın sahibkarlara dəstək üçün 15 milyon dollar kredit cəlb edib

Unibank qadın sahibkarlara dəstək üçün 15 milyon dollar kredit cəlb edibGlobal Gender-Smart Fund S.A., SICAV- Lüksemburqda qeydiyyatdan keçmiş alternativ investisiya fondu və Unibank KB ASC Azərbaycanda qadın sahibkarlığının inkişafına, maliyyə inklüzivliyinin genişləndirilməsinə və qadınların iqtisadi imkanlarının artırılmasına dəstək məqsədilə kredit sazişi imzalayıb.
Marja xəbər verir ki, nüfuzlu sosial təsir yönümlü investisiya şirkəti Incofin Investment Management-in dəstəyi ilə təşkil olunan saziş çərçivəsində "Unibank"a Azərbaycan manatında 15 milyon ABŞ dolları ekvivalentində kredit xətti ayrılıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vəsait Azərbaycanda qadınlara məxsus və qadınlar tərəfindən idarə olunan müəssisələrin maliyyəyə çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək. Bu əməkdaşlıq qadın sahibkarlar üçün maliyyələşmə imkanlarının artırılmasına, mövcud maliyyə boşluğunun azaldılmasına və gender yönümlü iqtisadi inkişafın təşviqinə xidmət edəcək.
Unibank İdarə Heyəti sədrinin vəzifəsini müvəqqti icra edən Heybət Qədirov layihə ilə bağlı bildirib: "Bu tərəfdaşlıq Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində səylərimiz baxımından mühüm mərhələdir. Global Gender-Smart Fund ilə əməkdaşlıq etməklə qadınlara məxsus və qadınlar tərəfindən idarə olunan bizneslər üçün onların ehtiyaclarına uyğun maliyyə resurslarının təqdim edilməsinə dair öhdəliyimizi daha da gücləndiririk. Bu imkanlar həmin bizneslərin böyüməsinə, innovativ həllər tətbiq etməsinə və ölkə iqtisadiyyatına daha əhəmiyyətli töhfə verməsinə təkan olacaq".
Bu əməkdaşlıq hər iki maliyyə institutunun, eləcə də Incofin-in regionda dayanıqlı inkişaf və bərabər imkanlara əsaslanan bazar artımı üçün sosial təsir yönümlü investisiya yanaşmasından istifadə etmək üzrə ortaq baxışını əks etdirir.
"GGSF-in məqsədi qadınların iqtisadi imkanlarının genişləndirilməsi və rifahın yaxşılaşdırılması üçün gender yönümlü maliyyələşmə təqdim etməkdir. Unibank ilə tərəfdaşlıq bu məqsədi daha da irəli aparır: Bankın gender fəaliyyət planı qadınların ehtiyaclarına uyğun yeni maliyyə məhsullarının hazırlanmasını və qadın sahibkarların bu məhsullara çıxışını və onlardan faydalanmasını dəstəkləyən maliyyə savadlılığı təlimlərinin keçirilməsini nəzərdə tutur. Məhz bu yanaşma maliyyələşmənin Azərbaycanda qadın borcalanlara məsuliyyətli və təsirli şəkildə yönəldilməsini təmin edir", — deyə Innpact Fund Management-in Fondların idarə edilməsi üzrə direktor müavini Etienne de Belloy bildirib.
Global Gender-Smart Fund haqqında
Global Gender-Smart Fund — GGSF inkişaf etməkdə olan ölkələrdə maliyyə institutlarına borc maliyyələşməsi təqdim edən, gender fokuslu dünyanın ən böyük investisiya platformasıdır. GGSF-in məqsədi kifayət qədər xidmət almayan qadınlar, həmçinin qadınlar tərəfindən idarə olunan və qadınlara məxsus bizneslər üçün gender yönümlü, məsuliyyətli maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirməkdir.
İnklüziv maliyyə sistemlərinin gücləndirilməsi vasitəsilə GGSF yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, gender balansının və əhatəliliyin artırılmasına, eləcə də inkişaf etməkdə olan bazarlarda qadın liderliyinin genişlənməsinə töhfə verir.
GGSF Innpact Fund Management tərəfindən idarə olunur. Fondun idarəçiliyində dərin bazar təcrübəsinə və güclü sosial təsir yönümlü yanaşmaya malik üç aparıcı özəl portfel meneceri iştirak edir. Incofin Investment Management isə Unibank ilə bu layihə çərçivəsində münasibətlərin qurulması, monitorinqi və idarə olunmasına cavabdehdir.
Ətraflı məlumat üçün: www.ggs-fund.com
Unibank haqqında
Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayan bank pərakəndə, korporativ və investisiya bankçılığı sahələrində geniş xidmətlər təqdim edir. Unibank Azərbaycanda rəqəmsal innovasiyaların öncüllərindən biri olub və 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olan Leobank-ı istifadəyə verib.
Bank haqqında daha ətraflı: / marja.az

Banklar     Tarix: 08 iyul 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı


iqtisadi xeberler investisiya biznes ideyalari telefonla pul qazanmaq bitkoin almaq