Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb

Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıbUnibank və Niderlandın sahibkarlığın inkişafı bankı FMO əməkdaşlıqlarında yeni mərhələnin başladığını və ümumi məbləği 50 milyon ABŞ dolları, müddəti isə 4 il olan strateji müddətli maliyyələşdirmə sazişinin imzalandığını elan ediblər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Marja.az Unibanka istinadən xəbər verir ki. cəlb olunan maliyyələşdirmənin əsas məqsədi mikromüəssisələrin, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsinin genişləndirilməsi və dəstəklənməsidir. Maliyyələşdirmə çərçivəsində xüsusilə gənc sahibkarlar və qadın sahibkarlara, qadınların rəhbərlik etdiyi bizneslərə, həmçinin kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən KOB-lara xüsusi diqqət yetiriləcək.
Əməkdaşlığın bərpası iqtisadi artımın stimullaşdırılmasına, dayanıqlı kənd təsərrüfatının inkişafına, eləcə də biznesin əsas seqmentləri, qadınların rəhbərlik etdiyi müəssisələr və gənc sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.
Əməkdaşlığın yenilənməsini və imzalanmış sazişi şərh edən "Unibank"ın İdarə Heyətinin sədri Valentin Morozov bildirib:
"Uzunmüddətli və etibarlı tərəfdaşımız FMO ilə əməkdaşlığımızı bərpa etməkdən məmnunuq. 50 milyon ABŞ dolları məbləğində dördillik sazişin imzalanması bankımızın inkişafında mühüm mərhələdir. Cəlb olunan vəsait ölkə iqtisadiyyatında mühüm rol oynayan mikro-biznes və kənd təsərrüfatı sektorlarına dəstəyimizin miqyasını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək. Əminik ki, tərəfdaşlığımız sahibkarlar üçün yeni imkanlar yaradacaq və ölkədə özəl biznesin dayanıqlı iqtisadi inkişafına töhfə verəcək."
FMO-nun İnvestisiyalar üzrə həmsədri Juan-Jose Dada bildirib:
"Unibank ilə tərəfdaşlığımızın yenilənməsi Azərbaycanda sahibkarların və bizneslərin maliyyələşməyə çıxış imkanlarının genişləndirilməsinə kömək edəcək. Buraya xüsusilə mikromüəssisələr, KOB-lar, qadınların rəhbərlik etdiyi bizneslər, gənc sahibkarlar və kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şirkətlər daxildir. 50 milyon ABŞ dolları məbləğində bu maliyyələşdirmə vasitəsilə daha inklüziv və dayanıqlı özəl sektorun inkişafını dəstəkləməyi və Azərbaycanın uzunmüddətli iqtisadi inkişafına töhfə verməyi hədəfləyirik."
Unibank haqqında
Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayan bank pərakəndə, korporativ və investisiya bankçılığı sahələrində geniş xidmətlər təqdim edir. Unibank Azərbaycanda rəqəmsal innovasiyaların öncüllərindən biri olub və 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olan Leobank-ı istifadəyə verib. Bank haqqında daha ətraflı:
FMO haqqında
FMO Niderlandın sahibkarlığın inkişafı bankıdır. Aparıcı təsir investoru kimi FMO inkişaf etməkdə olan ölkələrdə və inkişaf edən bazarlarda iddialı layihələrə və sahibkarlara sərmayə yatıraraq özəl sektorun dayanıqlı inkişafını dəstəkləyir. FMO güclü özəl sektorun iqtisadi və sosial inkişafa töhfə verdiyinə inanır və 55 ildən artıqdır ki, sahibkarları dəstəkləməklə yerli iqtisadiyyatların daha inklüziv, məhsuldar, dayanıqlı və davamlı olmasına töhfə verir.
FMO inkişaf baxımından yüksək təsir potensialına malik üç əsas sektora fokuslanır: aqrobiznes, qida və meşə təsərrüfatı; enerji; maliyyə institutları. 85-dən çox ölkəni əhatə edən və ümumi həcmi təxminən 16 milyard avro olan öhdəliklər portfeli ilə FMO qlobal miqyasda özəl sektorun inkişafını maliyyələşdirən ən iri ikitərəfli inkişaf banklarından biridir.
Ətraflı məlumat: www.fmo.nl

Banklar     Tarix: 29 sentyabr 2026

Oxşar xəbərlər

Azərbaycanın bu bankının Londonda filialının açılması müzakirə olunur

ASB Bankın gələcəkdə Londonda filialının açılması imkanları müzakirə olunur. Bunu ASB Bankın Müşahidə Şurasının sədri Tahir Gozəl bildirib. Tahir Gozəl qeyd edib ki, hazırda ASB Bank əsasən korporativ bank kimi fəaliyyə

Daşınmaz əmlakın icbari sığortasında yığımlar 38% azalıb, ödənişlər 66% artıb

Daşınmaz əmlakın icbari sığortasında 2026-cı ilin yanvar-avqust aylarında kəskin əks istiqamətli dinamika qeydə alınıb. Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu sığorta növü üzrə ödənişlər 1 milyon 784,

Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ətraf mühitin qorunması və ekoloji maarifləndirmənin təşviqi istiqamətində növbəti təşəbbüsünü həyata keçirib. Azərbaycan Respublikasının Ekologiya və Təbi

Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır

Bankların faiz və onlara bağlı xərcləri 2026-cı ilin yanvar–avqust dövründə 1 milyard 363,4 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ilin avqust buraxılışına istinadə

ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir

Azərbaycanda banklar tərəfindən təqdim edilən ödəniş kartlarının sayına tətbiq olunan risk əsaslı yanaşma hazırda istifadə edilən ödəniş kartlarına hər hansı məhdudiyyət yaratmır. Bunu Azərbaycan Banklar Assosiasiyasında

İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə həm yığımlar, həm də ödənişlər azalıb. Mərkəzi Bankın məlumatlarına istinadən xəbər veri

Tibbi sığortada yığımlar azalıb, ödənişlər 64 milyon manata yaxınlaşıb

Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların azalması fonunda sığorta ödənişləri artıb. Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqustunda tibbi sığorta üzrə 63 milyon 639,2 min mana

Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ

Bank hesabından müştərinin ayrıca sərəncamı olmadan vəsaitin silinməsi – akseptsiz tutulma – kredit münasibətlərində ən çox sual doğuran mövzulardan biridir. Bank hansı hallarda hesabdan pul tuta bilər, bunun üçün məhkəm

"Meqa Həyat Sığorta" yığımlarını təxminən ikiqat artırıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–avqust aylarında yığımlarda bazarın ən yüksək artım templərindən birini nümayiş etdirib. Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, şirkə


iqtisadi xeberler valyuta kurslari iqtisadiyyat xeberleri en son xeberler bank faizleri