Unibank "Yaşıl maliyyə" konfransının dəstəkçisidir

Unibank Unibank Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə Bakıda 24 sentyabr tarixində keçirilən "Yaşıl maliyyə" konfransının əsas dəstəkçiləri sırasındadır. Konfransın dəstəkçiləri siyahısında "Unicapital" İnvestisiya Şirkəti də yer alıb.
Noyabr ayında ölkəmizdə baş tutacaq mötəbər COP29 tədbiri ərəfəsində iqlim gündəliyinin əsas mövzularından olan yaşıl maliyyələşmənin mobilizasiyası üzrə maraqlı çıxışların səsləndiyi konfransda, hökumət rəsmiləri, beynəlxalq ekspertlər və yerli maliyyə qurumlarının rəhbərləri iştirak edib.
"Unibank"ın İdarə Heyətinin sədri Fərid Abuşov konfransın "Dayanıqlı maliyyə məhsulları"na həsr olunan panelində çıxış edərək, Azərbaycan maliyyə institutları üçün iqlim dəyişmələri və iqlim gündəliyi fonunda dayanıqlı və yaşıl maliyyə məhsullarının inkişaf etdirilməsinin zərurəti, o cümlədən "Unibank"ın yaşıl maliyyə məhsullarının hazırlanması və dayanıqlı maliyyə istiqamətində addımlar amağa başladığını qeyd edib. İdarə Heyətinin sədri vurğulayıb ki, yaşıl istiqrazların və digər yaşıl maliyyə məhsullarının inkişafı ölkəmizdə dayanıqlı maliyyə axınlarının  formalaşmasına, "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" milli prioritetinin reallaşmasına töhfə verəcək.
"Unicapital" İnvestisiya Şirkətinin Baş direktoru Vüqar Namazovun moderatorluq etdiyi  "Yaşıl investisiya və infrastruktur" panelində dayanıqlı maliyyə axınlarının inkişafının dəstəklənməsi üzrə adekvat infrastrukturun formalaşdırılması istiqamətində müzakirələr aparılıb.
 Sözügedən paneldə "Unibank"ın Dayanıqlılıq üzrə Meneceri Səmra Talışinskaya-Abbasova yaşıl maliyyələşmənin təşviqi, habelə ətraf mühit və sosial risklərin idarə edilməsi istiqamətində texnoloji innovasiyaların tətbiqinin əhəmiyyəti üzrə çıxış edib.
Konfrans çərçivəsində Yaşıl maliyyənin inkişafı ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.
Unibank / marja.az

Banklar     Tarix: 26 sentyabr 2024

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler depozit faizleri internetden pul qazanmaq en son xeberler bitcoin