"Unibank"da yığıncaq keçiriləcək
22 iyun 2023-cü il tarixində "Unibank" Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının İllik Ümumi Yığıncağı keçiriləcək.
Marja xəbər verir ki, Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, "Zoom" proqram təminatı vasitəsilə məsafədən keçiriləcək yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
1. 2022-ci il üzrə "Unibank" Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətinin kənar auditor tərəfindən təsdiq edilmiş konsolidə əsasında hazırlanmış maliyyə hesabatlarının təsdiqi və mənfəətin bölüşdürülməsi barədə;
2. "Unibank" Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli kağızların emitenti olaraq 2022-ci il üzrə illik hesabatının təsdiqi.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər. / marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Ən bahalı otellər hansılardır?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
ZARA-nın uğur hekayəsi
Yatırım olmadan necə biznes qurmaq olar?