"Unibank"ın dollar istiqrazlarına 61 investor müştəri çıxıb
21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin istiqrazların ticarətə buraxılması üçün "Ticarətə İcazə" qərarı verilmişdir.
Qeyd olunan AZ2018002025 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 29.05.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri "Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları"-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"Unibank Kommersiya Bankı" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2018002025
İstiqraqzların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları
Ticarət üsulu/forması
Kütləvi/ Birqiymətli Hərrac
İstiqrazların sayı
4,000 ədəd
İlkin ticarət qiyməti
1,000 ABŞ dollar
Buraxılış həcmi
4,000,000 ABŞ dollar
İllik gəlirlilik faizi
8%
Ödəmə periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 90 (doxsan) gündən bir ödənişlər həyata keçiriləcəkdir
Tədavül müddəti
6 il
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)
4,000,000 ABŞ dollar
Reallaşdırılmış həcm
4,000,000 ABŞ dollar
Hərrac qiyməti
1,000 ABŞ dollar
İnvestor sayı
61
Sifariş sayı
61
Anderrayter
"Unicapital İ.Ş." ASC / banker.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?