Unicapital səhmdarlarına 800 min manat dividend ödəyib

Unicapital səhmdarlarına 800 min manat dividend ödəyib"Unicapital İnvestisiya Şirkəti" ASC səhmdarlarına 800.000 AZN məbləğində dividend ödəyib. Dividend ödənişi barədə qərar "Unicapital İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının 30 sentyabr 2022-ci il tarixində keçirilmiş ümumi yığıncağında  qəbul edilib.
Şirkətin Bakı Fond Birjasında ticarət olunan səhmlərin sayı 100 000 ədəddir. Nominal dəyəri 3 AZN olan hər bir səhminə ödənilmiş dividend məbləği 8 AZN təşkil edib.
"Unicapital İnvestisiya Şirkəti" son illər ərzində investisiya bazarında tətbiq etdiyi strategiyasını  yeniləyib və şirkətin 2021-ci ildə təyin etdiyi yeni strategiyası  qısa zamanda öz nəticəsini verib. "Unicapital"ın uğurlu fəaliyyəti nüfuzlu dünya nəşrlərinin də diqqətini çəkməyi bacarıb. Böyük Britaniyanın "International Finance" jurnalının araşdırmasına əsasən, "Unicapital" "Azərbaycanda Ən İnnovativ Maliyyə Təşkilatı – 2021" və "Azərbaycanın Ən Yaxşı Foreks Provayderi – 2021" mükafatlarına layiq görülüb.
"Unicapital" 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsinə sahib olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan şirkətlərdən biridir. Nizamnamə kapitalı 100% "Unibank" Kommersiya Bankı ASC-yə məxsus olan Şirkət, ötən il 1.040.271 AZN xalis mənfəət əldə edib. 
"Unicapital İnvestisiya Şirkəti" olaraq əsas məqsədimiz xidmət göstərdiyimiz bazarlara dəstək üçün ən yenilikçi və peşəkar maliyyə həlləri göstərərək, müştəri məmnuniyyəti və mükəmməl reputasiyamızı qorumaqdır.
Xidmətlərə gəldikdə isə şirkət müştəriləri üçün qlobal və yerli maliyyə bazarlarına açılan körpü rolunu oynayır. "Unicapital İnvestisiya Şirkəti" istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır. İnvestisiya şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir. Həmçinin, şirkət yeni başlayan investorlar üçün ödənişsiz təlimlər və konsultasiyalar təşkil edir. Xidmətlərimiz ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün saytımıza keçid edə bilərsiniz: 
"Unicapital İnvestisiya Şirkəti" hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə sahibdir və Birjanın standart listinqinə daxildir. Bu isə şəffaflığının və listinq qaydalarına uyğunluğunun birbaşa göstəricisidir. / banker.az

Banklar     Tarix: 06 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler en son xeberler bitkoin qiymeti birbank bitcoin qiymeti