Valyuta mübadiləsi xidməti göstərən daha bir şirkət AMB-nin kapital tələbini yerinə yetirib
Azərbaycanda valyuta mübadiləsi xidməti göstərən şirkətlərdən daha biri – "Zuhur" MMC Azərbaycan Mərkəzi Bankının (AMB) bu fəaliyyət növü üçün qoyduğu kapital tələbini yerinə yetirib.
Şirkət nizamnamə kapitalını kəskin artıraraq 100 manatdan 600 100 manata çatdırıb.
Bu məbləğ "Zuhur"a Bakıda bir valyuta dəyişmə məntəqəsi ilə fəaliyyət göstərməyə imkan verir. Paytaxtda 2-ci məntəqəni açmaq üçün isə şirkət kapitalını 50 % artıraraq 900 min manata çatdırmalıdır.
"Zuhur" 2021-ci ildə yaradılıb.
Bundan əvvəl "Meta-Kapital", "Delta Capital" və "Eliko" MMC-lər nizamnamə kapitalını AMB-nin tələbinə uyğunlaşdırıb. Hazırda yalnız "Bakı Mərkəzi Valyuta" MMC-nin kapitalı müəyyən edilmiş tələbə uyğun deyil. / banker.az
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti
500 000 AZN-dək nağd pul elə indi əlçatandır
Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət