Voleybol üzrə Zəfər Kubokunun püşkü - ATILDI
"Avrora Qrup", İdman Araşdırmalar Mərkəzi və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında keçiriləcək voleybol üzrə Zəfər Kubokunun püşkü atılıb.
FED.az xəbər verir ki, tədbir AVF-nin mənzil-qərargahında baş tutub. Püşkatmada 8 komanda iştirak edib. Bunlar işğaldan azad olunmuş əraziləri təmsil edən "Şuşa", "Ağdam", "Kəlbəcər", "Füzuli", "Zəngilan", "Xankəndi", "Xocalı" və "Suqovuşan"dır.
Püşkatma mərasiminə İAM-ın sədri Elşən Məmmədov, AVF-nin baş katibi Fərid Xəlilov, baş sponsor "Avrora Qrup"un İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Elvin Babayev, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və iştirakçı komandaların nümayəndələri qatılıblar.
Turnir olimpiya sistemi ilə keçiriləcək. Hər oyun 3 hissədən ibarət olacaq. İlk iki hissə 25-dən, bərabərlik qeydə alınsa, üçüncü set isə 15-dən ibarət olacaq.
Məlumat üçün bildirək ki, Zəfər Kubokunun qalibinə Zəfər Kuboku, pul mükafatı və diplomlar, finalçı komandaya diplomlar veriləcək. Eyni zamanda yarışın ən yaxşı voleybolçusu da əlavə olaraq pul mükafatı alacaq.




"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
Layihə menecmenti nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
"iPhone 15" modelinin üstünlükləri
Mcdonalds françayzinqi neçiyədir?
Dünyanın ən çox maaş verən şirkətləri