VTB (Azərbaycan) depozitlər üzrə faiz dərəcələrini artırdı
VTB (Azərbaycan) manatla depozitlərin faiz dərəcələrini artırdı. Orta hesabla artım 4,5 faiz bəndi, maksimal göstərici isə illik 11% təşkil edir. Avqustun 25-dən "Sərfəli", "Hədəf" və "Avans", avqustun 28-dən "Cari yığım hesabı" üçün şərtlər dəyişəcək.
"Sərfəli", "Hədəf" və "Avans" depozitlər üzrə artım 4,5 faiz bəndi təşkil edib. Belə, «Sərfəli» depozit üzrə illik gəlir 11% təşkil edir, "Hədəf" üzrə - 10.75% və "Avans" üzrə - 10.5%. "Cari yığım hesabı" depozit növü üzrə gəlirlilik 10% təşkil edir. "Sərfəli", "Hədəf" və "Avans" depozit növləri üzrə əmanətin yerləşdirilmə müddəti 3 - 36 ay təşkil edir, "Cari yığım hesabı" üzrə - müddətsiz.
"Bu gün əhali üçün sərfəli depozit təkliflər ilə milli valyutada sərbəst vəsaitlərinin yerləşdirilməsi əsas yoldur. Bu alət yüksək gəlirə və inflyasiyadan qorunmağa zəmanət verir və özünə etibarlılığı yalnız artırır. Biz bazar konyunkturasını və bank sektorundakı oyunçuları yaxından izləyirik və müştərilərimizə ən əlverişli şərtlərlə yeni depozt tariflərimizi bazara çıxardırıq. Hazırda manatla depozit məhsullarımız üzrə maksimum gəlirlik illik 11% təşkil edir", - İdarə Heyətinin üzvü, Pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni Borodin dedi.
Qeyd edək ki, əmanətlər üzrə faizlərin hesablanması hər ay və ya əmanət müddətinin sonunda həyata keçirilir. Müştərinin istəyi ilə depozit üzrə hesablanmış faizlər bank kartına və ya cari hesaba köçürülə bilər. / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
ƏDV geri al və onun üstünlükləri
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt