VTB (Azərbaycan) III rübü 8.6 milyon manat mənfəətlə başa vurub
®«Bank VTB (Azərbaycan)» ASC 2023-cü ilin III rübünə olan maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, 30 sentyabr 2023-cü il tarixinə bankın aktivləri 231.238 milyon manat təşkil edib, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5.5% çoxdur. Bank hesabat dövrünü 8 milyon 643 min manat xalis mənfəətlə başa vurub.
«Hesabat dövründə bankın kredit portfeli 18% artıb: pərakəndə kreditləşmə 12%, biznes kreditləri 22.5%, ipoteka kreditləşməsinin artımı isə 23%-ə çatıb. Maliyyə bazarında biz yüksək aktivliyi qeyd edirik və bunun ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırırıq», – deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
III rübdə Bankın faiz gəlirləri 8.3%, xalis faiz gəlirləri isə 16.4% artıb. 30 sentyabr tarixinə bankın məcmu kapitalı ilin əvvəlindən 2.6% artaraq 82.272 milyon manat təşkil edib və Azərbaycan Mərkəzi Bankının minimum tələblərini 64%-dən çox üstələyir.
VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes planı necə yazmaq lazımdır?
Biznesə aid ən yaxşı 10 kitab
ƏDV geri al və onun üstünlükləri