Xalq Bank 2022-ci ilin ilk altı ayının yekunlarını açıqladı
Azərbaycanın ən böyük özəl banklarından biri olan ASC "Xalq" Bankı 2022-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, "Xalq" Bankı stabil artım nümayiş etdirməklə aktivlərini ilin əvvəli ilə müqayisədə 193 milyon manat və ya 8.25% artıraraq 2 milyard 532.4 milyon manata çatdırıb.
Bank 2022-ci ilin ilk yarımilini 11 milyon 830 min manat xalis mənfəətlə başa vurmuşdur ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 6 milyon manat daha çoxdur. Hesabat dövrünün sonuna Bankın cəmi kapitalı 456.3 milyon manat təşkil etmişdir.
Ötən 6 aylıq dövr ərzində Bankın kredit portfelinin həcmi 54.4 milyon manat (3.83%) artaraq 1 milyard 473.4 milyon manat, depozit portfelinin həcmi isə 162.3 milyon manat (10.52%) artaraq 1 milyard 705.61 milyon manat təşkil etmişdir.
Xalq Bank əsas maliyyə göstəricilərinə görə ölkənin üç ən böyük özəl banklarından biri olmaqla bank sektorunda öz mövqeyini qoruyub saxlamaqdadır.

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Kino biletləri də ABB mobile tətbiqində
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Elon Musk kimdir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Onlayn biznes ideyaları
Milyonlar qazandıran qəribə biznes ideyaları