Xalq Bank kartları ilə səyahət daha sərfəli
®Xalq Bank "Qatar Airways"lə əməkdaşlıq çərçivəsində geniş səyahət imkanları açan yeni kampaniyaya start verir. Bu gündən başlayan kampaniyada Xalq Bankın istənilən Mastercard və ya Visa ödəniş kartı ilə "Qatar Airways"dən aviabiletləri 12 %-dək endirimlə əldə etmək mümkün olacaq. Müştərilər səhifəsində endirim təklif edilən uçuş istiqamətləri ilə tanış olaraq Xalq Bank kartı ilə ödəniş apararkən sayta avtomatik tətbiq edilmiş QRXALQ promokodu ilə endirimdən yararlana biləcəklər.
Qeyd edək ki, endirimlər həm biznes, həm də ekonom sinif uçuşları üçün keçərlidir. Kampaniyada Xalq Bankın bütün Visa və Masterсard ödəniş kartları iştirak edir.
Kampaniya 31.03.2024-cü il tarixədək davam edəcək. Kampaniya zamanı alınmış aviabiletlərin səyahət dövrü isə 31.05.2024-cü il tarixədəkdir.
Təklif yoladüşmə yeri Heydər Əliyev Beynəlxalq Aeroportu (GYD) olmaqla "Qatar Airways"in Doha şəhəri üzərindən həyata keçirilən tranzit uçuşlarına şamil edilir. Endirimlər Barselona, Madrid, Paris, Kuala Lumpur, Tokio, Maldiv adaları, Bali, Toronto, Nyu-York da daxil olmaqla 50-dən çox istiqamətə uçuşlarda keçərlidir.
Xalq Bankın təklif etdiyi ödəniş kartlarını həm geniş filial şəbəkəsindən, həm də www.cardorder.xalqbank.az linki vasitəsilə keçid edərək onlayn sifariş vermək mümkündür. Bakı ərazisində kartların çatdırılması pulsuzdur.
Xalq Bankın təqdim etdiyi məhsul və xidmətləri barədə məlumatları isə Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Dünyanın ən varlı 10 müğənnisi