Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
®Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi Xalq Bankın İdarə Heyətinin sədri – Baş icraçı direktoru Kamran Məcidov və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov imzalayıblar.
Əməkdaşlıq çərçivəsində enerji effektivliyinin artırılmasına yönəlmiş layihələrin maliyyələşdirilməsi, kredit şərtləri, vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət, kreditlərin geri qaytarılması, uçotunun aparılması və hesabatlılıqla bağlı məsələlər müəyyən edilmiş qaydada tənzimlənəcək.
Kamran Məcidov enerji effektivliyinin təşviqinin dayanıqlı inkişaf baxımından əhəmiyyətini qeyd edərək, imzalanan müqavilənin enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar yaradacağını, həmçinin tərəflər arasında uzunmüddətli əməkdaşlığı dəstəkləyəcəyini bildirib.
Samir Axundov öz növbəsində Fondun vəsaitləri hesabına enerji effektivliyi layihələrinin maliyyələşdirilməsi istiqamətində banklarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, Xalq Bankla qurulan əməkdaşlığın bu istiqamətdə həyata keçiriləcək layihələrin uğurla dəstəklənməsinə töhfə verəcəyinə inandığını bildirib.
Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikası Prezidentinin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunması Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən həyata keçirilir. / banker.az

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb
"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Yelo Bank"da çalışanların sayı açıqlandı
"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
Enerji xərclərinizi "Unibank"la azaldın
TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən zəngin idmançıları
McDonalds haqqında maraqlı faktlar