Xalq Bankda Landau məktəbinin şagirdləri üçün maliyyə və bankçılıq üzrə təlim keçirildi
®Xalq Bank gənclərin maliyyə savadlılığının artırılması və bank sektoru ilə yaxından tanış olmaları məqsədilə növbəti maarifləndirici təşəbbüsünü həyata keçirdi. Belə ki, Bankın baş ofisində Landau məktəbinin 9-11-ci sinif şagirdləri üçün xüsusi ekskursiya proqramı təşkil olundu.
Ekskursiya çərçivəsində şagirdlər bank sektorunun fəaliyyəti, müasir bank məhsulları və rəqəmsal bankçılıq həlləri, əməliyyat təhlükəsizliyi barədə maarifləndirici məlumat əldə etdilər və bu mövzular ətrafında onları maraqlandıran suallara cavab aldılar. Həmçinin şagirdlər üçün interaktiv sessiyalar və praktiki tapşırıqlar vasitəsilə marketinq, reklam və müştəri yönümlü yanaşma kimi sahələrdə nəzəri biliklərin tətbiqi nümayiş etdirildi. Eyni zamanda, şagirdlərə Bankın filialında müştəri əməliyyatlarının icrası prosesi əyani olaraq göstərildi.
Xalq Bankın mütəxəssisləri tərəfindən aparılan bu sessiyalar gənclərin bank-maliyyə sahəsində ilkin təcrübə qazanmalarına imkan yaratdı. Tədbirin sonunda şagirdlərə iştiraklarına görə sertifikatlar və hədiyyələr təqdim olundu.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Necə Bitcoin almaq olar?
Bitcoin nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Elon Musk kimdir?
Shopify-da necə satışa başlamaq olar?