"Xalq" Bankı maliyyə göstəricilərini açıqladı
Azərbaycanda ən böyük özəl banklarından biri olan ASC "Xalq" Bankı 2023-cü ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, "Xalq" Bankı aktivləri ötən ilin analoji dövrünün sonu ilə (30 sentyabr 2022) müqayisədə 14.9% artaraq 2 milyard 985.7 milyon manat, kredit portfelinin həcmi 17.6% artaraq 1 milyard 886 milyon manata çatıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
30 sentyabr 2023-cü il tarixində Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2 milyon 141.7 mln manat təşkil edib ki, bu da 2022-ci ilin eyni tarixi ilə müqayisədə ilə müqayisədə 20.4% və ya 363.2 milyon manat çoxdur.
2023-cü ilin 9 ayı ərzində Bankın xalis mənfəəti 53.7 milyon manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 41.5%, faiz gəlirləri isə 43.7% artıb. Hesabat dövrünə Bankın cəmi kapitalı 502.5 milyon manat təşkil edib.
Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlanılıb. / marja.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes planı necə yazmaq lazımdır?
Biznesə aid ən yaxşı 10 kitab
ƏDV geri al və onun üstünlükləri