Xalq Bankın Digital Card-ı ilə təmassız ödənişlərdə keşbek
®Xalq Bank Digital Card sahibləri üçün yeni kampaniyaya start verir. Kampaniya ərzində Digital Card vasitəsilə aparılan Apple Pay/Google Pay ödənişləri kart sahibinə 15 AZN-dək keşbek qazandıracaq. Belə ki, müştərilər ilk 5 ödənişdən müvafiq olaraq 1, 2, 3, 4 və 5 AZN qazana biləcəklər. Hər bir əməliyyatın minimal məbləği 10 AZN olmalıdır.
Kampaniya 20 iyunadək qüvvədədir.
Qeyd edək ki, Digital Card XalqOnline istifadəçiləri üçün nəzərdə tutulan rəqəmsal debet kartıdır. Kartı banka gəlmədən və vaxt itirmədən birbaşa XalqOnline tətbiqində əldə edərək aktivləşdirmək mümkündür. Digital Card vasitəsilə rahatlıqla onlayn ödənişlər həyata keçirə və kartı Google Pay və Apple Pay cüzdanlarına əlavə etməklə təmassız ödənişləri icra etmək olar. Kart AZN valyutasında və pulsuz təqdim edilir, istifadə müddəti 1 ildir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Françayzinq nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən zəngin idmançıları