Xalq Bankın filiallarından biri yeni ünvanda fəaliyyətini davam etdirəcək
(®) Bankın filial şəbəkəsinin təkmilləşdirilməsi və müştərilərin rahatlığının təmin edilməsi məqsədilə Xalq Bankın "Yubiley" filialı yeni ünvanda fəaliyyətini davam etdirəcək.
Filial iyulun 24-dən etibarən Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 24 ünvanında yerləşən yeni, müasir və rahat ofisdə müştərilərinin xidmətində olacaq.
Filialda fiziki və hüquqi şəxslər hesablaşma-kassa əməliyyatları, müxtəlif növ kreditlər, ödəniş kartları, əmanətlər, valyuta mübadiləsi, kommunal və digər ödənişlər, pul köçürmələri, depozit seyfləri və s. kimi müxtəlif bank xidmətlərindən faydalana bilərlər. Burada, həmçinin müştərilərin rahatlıqla müxtəlif özünəxidmət terminallarından istifadəsinə də şərait yaradılmışdır.
2015-ci ildən fəaliyyət göstərən "Yubiley" filialı müştərilərini həftəiçi 5 gün, saat 09:30-dan 17:00-dək qəbul edir. Xalq Bankın ölkə ərazisində 30 filialdan ibarət xidmət şəbəkəsi barədə ətraflı məlumatı burada əldə edə bilərsiniz:
Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək mümkündür. / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
IBAN nədir?
Onlayn biznes növləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Cash Back nədir?