XalqKartda 8% kəşbək
®Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Xalq Bank XalqKart sahibləri üçün yeni kampaniyaya start verir. Belə ki, 6 mart – 10 aprel tarixlərdə XalqKart Petrol kartları bütün kafe-restoran, geyim, parfümeriya, gül dükanlarında aparılan nağdsız ödənişlərdən 8% petrol, XalqKart Cashback kartları isə 8% kəşbək qazandıracaq! Qeyd edək ki, XalqKart məhsulu üzrə aylıq maksimum 300 AZN/Oil qazanmaq mümkündür.
Xatırladaq ki, XalqKart Petrol gündəlik alış-verişdən pulsuz yanacaq qazandıran ödəniş kartıdır. Bu kartla siz həm ölkə daxilində, həm də xaricdə apardığınız nağdsız ödənişlərdən Oil bonusları qazana və toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişdirə bilərsiniz. XalqKart Cashback kartı isə sərfəli kəşbək qazancı təklif edən ödəniş kartıdır. Hər iki kartda AZN qalığına illik 8% əlavə gəlir, ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək pulsuz Card to Card, komissiyasız həm nağdlaşdırma, həm də balansın artırılması imkanları mövcuddur.
XalqKartı Bankın filiallarında, yaxud cardorder.xalqbank.az səhifəsinə keçid edərək onlayn sifariş edə bilərsiniz. Bakı ərazisində çatdırılma pulsuzdur. / banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Kriptovalyuta nədir və necə alınır?
Kriptovalyuta nədir?
Elon Musk kimdir?
İlon Mask kimdir?
Biznes planı necə yazmaq lazımdır?