Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Xankəndidə ABB-nin yeni Çağrı Mərkəzinin açılışı olub. Xankəndi Biznes Mərkəzində yerləşən Çağrı Mərkəzində ABB-nin məhsul və xidmətləri ilə bağlı məlumat dəstəyi üçün hər cür şərait yaradılıb.
Mərkəz 10 əməkdaşla fəaliyyətə başlayır. Buradan hər kəsə xidmət göstəriləcək, dünyanın hansı məkanında olmasından asılı olmayaraq hər bir şəxs Bakıdakı Çağrı Mərkəzi kimi Xankəndi Çağrı Mərkəzi ilə də əlaqə saxlamaqla lazımi dəstəyi alacaq.
Xankəndidə Çağrı Mərkəzinin yaradılmasında məqsəd müştərilərlə fasiləsiz kommunikasiyanın təmin olunması, ABB-nin bölgələrdə fəaliyyət göstərməsi mümkün olan bəzi struktur bölmələrinin regionlara transferi, eləcə də Qarabağda sosial-iqtisadi inkişafın dəstəklənməsi, regionda məşğulluğun artırılmasıdır.
ABB belə layihələr vasitəsilə yerli kadrlara karyera imkanları yaratmaqla insan kapitalının da inkişafına dəstək verir.
Bu, ölkədəki biznes qurumları arasında Xankəndidə yaradılmış ilk Çağrı Mərkəzidir. Qeyd edək ki, ABB həm də Xankəndidə filial açmış ilk bank olub. Hazırda Bankın həm Xankəndidə, həm Şuşada filialları var.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Biznes nədir?
"Freelance" nədir?
Marketinq nə demədir?
Green Card nədir və onu necə əldə etmək olar?
İnstaqramda biznes qurmağın yolları