Xaricə gedənlərin sığortasına 712 min manat ödənilib - Səyahət sığortası üzrə ödənişlər 78% artıb
Xaricə səfər edən vətəndaşların sığortası üzrə həm yığımlarda, həm də ödənişlərdə yüksək artım qeydə alınıb.
Marja.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqustunda səyahət sığortası üzrə ödənişlər 712,4 min manat təşkil edib.
Bir il əvvəl bu göstərici 399,3 min manat idi. Beləliklə, ödənişlərin həcmi 313,1 min manat və ya 78,4% artıb.
Sığorta haqları isə 4 milyon 462,4 min manatdan 6 milyon 870,1 min manata yüksəlib. Yığımlardakı artım 54% təşkil edib.
Ödənişlərin yığımlara nisbəti 8,9%-dən 10,4%-ə yüksəlib.
Fərdi qəza və xəstəlik sığortasında ödənişlər 32% artıb
Fərdi qəza və xəstəlik sığortası üzrə həyata keçirilən sığorta ödənişləri 2026-cı ilin ilk 8 ayında üçdəbirə yaxın artıb. Ödənişlərin həcmi 307 min manatdan 406,1 min manata yüksəlib. Artım 99,1 min manat və ya 32,3% təşkil edib.
Eyni dövrdə sığorta haqları 4 milyon 325,4 min manatdan 5 milyon 62,5 min manata çataraq 17% artıb.
Ödənişlərin yığımlara nisbəti 7,1%-dən 8%-ə yüksəlib.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Ən çox soruşulan müsahibə sualları hansılardır?
IBAN nədir?
Layihə menecmenti nədir?
SWIFT nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız