Xarici kapitallı bank 6 ayda 21 milyon manata yaxın xalis mənfəət əldə edib
"AccessBank" QSC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 20 milyon 940 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci yarısını 27 milyon 197 min manat xalis mənfəət ilə bağlamışdı. Bu ilin ilk 6 ayında "AccessBank"ın xalis mənfəətinin 6 milyon 257 min manat və ya 29,9% azalması qeyri-faiz gəlirlərinin düşməsi, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın və ödənilən mənfəət vergisi məbləğinin artması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında "AccessBank"ın faiz gəlirləri 13 milyon 589 min manat və ya 12,6% artaraq 121 milyon 337 min manat, qeyri-faiz gəlirləri isə 608 min manat və ya 7% azalaraq 8 milyon 37 min manat təşkil edib.
2025-ci ilin sonu ilə müqayisədə ilk 6 ayda "AccessBank"ın cəmi aktivləri 116 milyon 623 min manat və ya 7,8% artaraq 30 iyun 2025-ci il tarixində 1 milyard 601 milyon 917 min manata çatıb. O cümlədən, Bank tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 73 milyon 75 min manat və ya 6,3% artaraq 1 milyard 224 milyon 625 min manata yüksəlib. Bankın istehlak kreditləri portfeli 26 milyon 819 min manat artaraq 265 milyon 961 min manata, biznes kreditləri portfeli 38 milyon 548 min manat artaraq 940 milyon 428 min manata, daşınmaz əmlak kreditləri portfeli 7 milyon 708 min manat artaraq 18 milyon 236 min manata qalxıb.
2025-ci ilin yanvar-iyun dövründə "AccessBank"ın depozit portfeli 40 milyon 426 min manat və ya 3,9% artaraq 30 iyun 2025-ci il tarixində 1 milyard 66 milyon 909 min manata çatıb.
Qeyd edək ki, 100% xarici kapitallı "AccessBank"ın səhmdarları 11 xarici qurumdur.




Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Necə Bitcoin almaq olar?
Bitcoin nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Elon Musk kimdir?
Shopify-da necə satışa başlamaq olar?