Xarici vətəndaşlar Azərbaycanda beynəlxalq ödəniş kartları əldə edə bilərmi?

Xarici vətəndaşlar Azərbaycanda beynəlxalq ödəniş kartları əldə edə bilərmi?Hazırda dünyada baş verən qlobal proseslər, işsizlik və digər amillər səbəbindən insanlar öz ölkələrini tərk edir, qanuni və ya qeyri-qanuni yolla başqa ölkələrdə yaşamağa və çalışmağa başlayırlar. Vətəndaşların köç etdiyi ölkələr sırasında multikultural dəyərləri və sabitliyi ilə seçilən Azərbaycan da var. Bəs həmin ölkə vətəndaşları Azərbaycanda beynəlxalq ödəniş kartlarını əldə edə bilərlərmi? Bununla bağlı hansı tələblər var?
Mövzu ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, rezidentlik statusundan asılı olmayaraq hesaba bağlı ödəniş kartlarının verilməsi xidməti "Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları", "Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları", habelə "Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar"ı ilə tənzimlənir.
"Belə ki, hesabların açılması zamanı istər rezident, istərsə də qeyri-rezident şəxslərin müştəri uyğunluğu tədbirləri həyata keçirilir və nəticəsinə müvafiq olaraq banklar tərəfindən hesabların açılması və aparılması barədə qərar qəbul edilir. Odur ki, banklar tərəfindən bank hesabının açılması üçün müraciət edən şəxslərdən sözügedən Qaydaların tələblərinə uyğun olaraq məlumatlar əldə olunur. Bu xüsusda, müştəri profili üzrə risk qiymətləndirməsi həyata keçirilir və müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumatlar verifikasiya edilir", – deyə AMB-dən məlumat verilib.
Beləliklə, əgər şəxs müştəri uyğunluğu və məlumatların verifikasiyası proseslərindən keçə bilirsə bank hesabı aça və müvafiq ödəniş kartı verilə bilər.
"MasterCard" beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdal bildirib ki, hər hansı bir ölkənin vətəndaşının Azərbaycanda yaşamaq icazəsi varsa, burada kirayə haqqı, kommunal xərcləri ödəyirsə, bankların dəyərləndirməsindən müsbət keçibsə, Azərbaycanın yerli və "MasterCard"ın qlobal tələblərinə görə şirkətin kartını əldə etməsi mümkündür. Burada heç bir ölkə vətəndaşına məhdudiyyət yoxdur. Lakin vətəndaş turist kimi gəlibsə və qısa müddətdən sonra öz ölkəsinə dönəcəksə o zaman səfər etdiyi ölkədə "MasterCard"ın kartını əldə etməsi qaydalara uyğun deyil.
"Visa" beynəlxalq kart təşkilatının mətbuat xidmətindən verilən açıqlamada isə qeyd edilib ki, "Visa" emitenti kartların emissiya ilə bağlı əməliyyatlarını həyata keçirmək üçün lisenziyası olduğu ölkədən kənarda müştərilərə müraciət edə və ya "Visa" kartları buraxa bilməz: "Bu qayda uzun illərdir ki, mövcuddur və bütün regionlarda tətbiq olunur. Bütün "Visa" məhsulları bu təşkilatın qaydalarına və qüvvədə olan qanunlarına uyğun olaraq verilməlidir. Buraya müştəriləri tanımağa dair tələblər ("Know Your Client") və çirkli pulların yuyulması ilə mübarizə də ("Anti-Money Laundering") daxildir".
Şirkət tərəfindən əlavə edilib ki, xarici vətəndaşa başqa ölkədə çalışarkən iş icazəsi verilir: "Verilən icazəyə əsasən onlara kartların verilməsi məsələsinə baxılır. Burada daha çox ölkənin qoyduğu qanunlara diqqət yetirilir". / banker.az

Banklar     Tarix: 15 noyabr 2023

Oxşar xəbərlər

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler biznes qurmaq valyuta xeberleri birbank biznes krediti