"Yapı Kredi Bank Azərbaycan" 2025-ci ilin 1-ci yarısını 4,9 milyon manat mənfəətlə başa vurub

"Yapı Kredi Bank Azərbaycan" QSC 2025-ci  ilin 1-ci yarımili (yanvar-iyun) üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötən rübü uğurla bitirən bankın 2025-ci ilin ikinci rübün sonuna xalis mənfəəti 4.9 milyon manat təşkil edib. 
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Ötən ilin müvafiq dövri ilə müqayisədə bankın faiz gəlirləri 9% artaraq 23.1 milyon manat, qeyri-faiz gəlirləri 19% artaraq 13.6 milyon manat təşkil edib. Ümumilikdə, bankın xalis faiz gəliri 18.7 milyon manat olmuşdur.
Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Bankın kredit portfeli bankın ölkəmizdəki fəaliyyət tarixində ən yüksək səviyyəyə, 384 milyon manata çatmışdır ki, bu keçən ilin sonu ilə müqayisədə 21% artım deməkdir. Bankın biznes kreditləri portfeli 234 milyon manat, istehlak kreditləri portfeli 94 milyon manat, daşınmaz əmlak kreditləri 56 milyon manat təşkil etmişdir.
Bankın depozit portfeli 393 milyon manat, o cümlədən hüquqi şəxslərin depozitləri 295 milyon manat, fiziki şəxslərin depozitləri 98 milyon manat təşkil etmişdir.  Depozit portfelində müşahidə olunan dəyişikliklər əsasən müştəri əməliyyatlarının dinamikası və təbii bazar hərəkətliliyi ilə izah olunur, bu bankın likvidlik göstəricilərinə mənfi təsir etməmişdir
2025-cü ilin 2-ci rübünün yekunlarına dair göstəricilərinə əsasən "Yapı Kredi Bank Azərbaycan" Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir.  Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 17%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21% olmuşdur.
Bankın tutulmalardan sonra məcmu kapitalı 105 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir. / marja.az

Banklar     Tarix: 16 iyul 2025

Oxşar xəbərlər

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler dollar mezenne kicik biznes dollar manat kursu telefonla pul qazanmaq