"Yapı Kredi Bank Azərbaycan" ABA tərəfindən mükafata layiq görüldü
(®) 28 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilmiş və ənənəvi Bankçılıq Mükafatları – 2022 adlı tədbirdə üzv təşkilatlar, Ekspert Qrupları və tərəfdaşlar müvafiq nominasiyalar üzrə mükafatlarla təltif edilmişdir.
2022-ci il üçün "Korporativ sosial məsuliyyət" nominasiyası üzrə Yapı Kredi Bank Azərbaycan ABA tərəfindən mükafata layiq görülüb.
Yapı Kredi Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilmişdir. Yapı Kredi Bank Azərbaycan ölkəmizdə ISO 14001:2015 sertifikatını əldə edən ilk bankdır və ekoloji göstəriciləri daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək və ətraf mühitə olan təsiri minimuma endirmək bank üçün mühüm hədəflər kimi müəyyən edilmişdir. Bank həmçinin BMT-nin Qlobal Sazişinin universal prinsipləri əsasında qlobal iqtisadiyyata və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermək üçün öz üzərinə mühüm və məsuliyyətli korporativ öhdəlik götürmüşdür.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan "Yapı Kredi Bank Azərbaycan" QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir. / marja.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Expressbank Bərdədə 300 ağac əkib
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Layihə menecmenti nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Dropshipping nədir?