"Yapı Kredi Bank Azərbaycan" biznes kreditləri portfelini kəskin artırıb
2022-ci ilin yanvar-iyun dövründə "Yapı Kredi Bank Azərbaycan" QSC tərəfindən müştərilərə verilmiş kreditlər 45 milyon 990 min manat və ya 26,3% artaraq 30 iyun 2022-ci il tarixində 220 milyon 904 min manat təşkil edib.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə, cari ilin ilk 6 ayı ərzində "Yapı Kredi Bank Azərbaycan"ın biznes kreditləri portfeli 42 milyon 622 min manat və ya 36,3% artaraq 159 milyon 878 min manata, ipoteka kreditləri portfeli 2 milyon 717 min manat və ya 15,5% artaraq 20 milyon 224 min manata, istehlak kreditləri portfeli isə 651 min manat və ya 1,6% artaraq 40 milyon 802 min manata yüksəlib.
Xəbər verdiyimiz kimi,"Yapı Kredi Bank Azərbaycan" QSC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 361 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 232 min manat, tam 2021-ci ili isə 931 min manat xalis zərər ilə bağlamışdı. Bankın 2022-ci ilin birinci yarısındakı xalis mənfəəti gəlirlərinin artmasından qaynaqlanır.
Həmçinin oxu
Türkiyə bankı Azərbaycanda biznes kreditlərini artırıb, zərərdən mənfəətə keçib


Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
SMM nədir?
Biznes planı necə yazmaq lazımdır?
Ən bahalı otellər hansılardır?
ZARA-nın uğur hekayəsi