"Yapı Kredi Bank Azərbaycan" maliyyə nəticələrini açıqladı
®"Yapı Kredi Bank Azərbaycan" QSC 2023-cü ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Ötən ilin uyğun dövrü ilə müqayisədə bankın xalis mənfəəti kəskin artaraq 10 milyon manat təşkil edib.
Bank faiz və qeyri-faiz gəlirlərini artırmağa müvəffəq olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 47.3% artaraq 27.3 milyon manat, qeyri-faiz gəlirləri 21.8% artaraq 16,3 milyon manat təşkil edib. Ümumilikdə, xalis faiz gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 50.3 % artaraq 25.6 milyon manat olmuşdur.
Müştərilərə verilən kredit porfelinin həcmi keçən ilin sonu ilə müqayisədə 8.6% artmış və 257 milyon manat təşkil edib. Belə ki, istehlak kreditləri 32.3% artaraq 60 milyon manat, daşınmaz əmlak üzrə verilən kreditlər 35.5% artaraq 30 milyon manat olmuşdur. Biznes kreditləri isə cari ilin ikinci rübündə 167 milyon manat təşkil etmişdir.
"Yapı Kredi Bank Azərbaycan" cari ilin ikinci rübündə Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 23.8%, məcmu kapitalının adekvatlıq əmsalı isə 28.2% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 85.7 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan "Yapı Kredi Bank Azərbaycan" QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir. / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes planı necə yazmaq lazımdır?
Biznesə aid ən yaxşı 10 kitab
ƏDV geri al və onun üstünlükləri