Yapı Kredi Bank Azərbaycan QSC "MilliÖn" terminalları vasitəsilə hesaba mədaxil xidmətini təqdim edir
®Yapı Kredi Bank Azərbaycan müştərilərin rahatlığını və xidmətləri daha əlçatan edən yeni xidmətini təqdim edib. Belə ki, bankın fiziki şəxs müştəriləri "MilliÖn" terminalları vasitəsilə manat hesabını heç bir əlavə komissiya olmadan artıra bilərlər.
Hesabınıza vəsaiti aşağıdakı ardıcıllığı izləyərək mədaxil edə bilərsiniz:
Terminalın ekranından "Bank Xidmətləri " bölümünü seçin;
Növbəti açılan pəncərədən "Yapı Kredi Bank Azərbaycan"ı seçin;
Növbəti açılan pəncərədə "Hesaba mədaxil" bölümünü seçin;
Sonra hesab nömrənizi və FİN kodu daxil edin və "İrəli" düyməsini basın;
Daxil edilmiş məlumatların düzgünlüyünü təsdiq edin;
Daha sonra isə mədaxil edəcəyiniz məbləği daxil edin
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan "Yapı Kredi Bank Azərbaycan" QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Françayzinq nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən zəngin idmançıları