Yapı Kredi Bank Azərbaycan QSC və Mastercard arasında regionda ilk "Mastercard Wholesale Program" əməkdaşlığı imzalandı

Yapı Kredi Bank Azərbaycan QSC və Mastercard arasında regionda ilk ®Yapı Kredi Bank Azərbaycan QSC və Mastercard arasında regionda ilk dəfə həyata keçiriləcək Mastercard Wholesale Program çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Tədbir 21 May 2025-ci il tarixində Yapı Kredi Bank Azərbaycan QSC-nin Baş Ofisində keçirilib və hər iki tərəfin rəhbər heyətinin iştirakı ilə baş tutub.
Bu strateji əməkdaşlıq səyahət sənayesi sahəsində B2B ödənişlərin rəqəmsallaşdırılması, avtomatlaşdırılması və optimizasiyası məqsədini daşıyır. Layihə tamamlandıqdan sonra Yapı Kredi Bank Azərbaycan dünyanın istənilən ölkəsində fəaliyyət göstərən səyahət agentliklərinə onlayn platforma üzərindən xidmət göstərmək imkanına sahib olacaqdır. Bu isə, Azərbaycan bank sektorunun turizm və texnologiya sahəsində beynəlxalq miqyasda atdığı mühüm bir addım kimi qiymətləndirilir.
Yapı Kredi Bank Azərbaycan QSC-nin Satış və Marketinq üzrə Baş Direktorun müavini Sinan Ağırbaş layihə ilə bağlı qeyd edib:
"Bu əməkdaşlıq ölkədə rəqəmsal ödəniş texnologiyalarının inkişafına mühüm töhfə verəcək. Eyni zamanda, səyahət sektorunda fəaliyyət göstərən şirkətlər üçün daha çevik və əlçatan maliyyə həlləri təklif etməyə imkan yaradacaq."
Mastercard-ın Azərbaycan və Türkiyə üzrə Baş Meneceri Hüsnü Avşar Gürdal isə qeyd edib:
"Mastercard Wholesale Program vasitəsilə səyahət agentliklərinə rəqəmsal, sürətli və avtomatlaşdırılmış ödəniş həlləri təqdim edirik. Yapı Kredi Bank Azərbaycan QSC ilə bu sahədə regionda ilk əməkdaşlığa imza atmaqdan qürur duyuruq. Bu proqramın əsas məqsədi, səyahət sektorunda fəaliyyət göstərən tərəfdaşların ödənişlərini virtual kart infrastrukturu vasitəsilə həyata keçirmələrinə dəstək olmaqdır. Mastercard olaraq təqdim etdiyimiz sürətli, problemsiz və təhlükəsiz rəqəmsal ödəniş təcrübəsinə bu yeni proqramla töhfə verməkdən böyük məmnunluq duyuruq."
Layihə çərçivəsində Yapı Kredi Bank Azərbaycan QSC, Mastercard tərəfindən təqdim edilən texnoloji imkanlardan istifadə edərək həm yerli, həm də beynəlxalq B2B travel ödənişlərini rəqəmsal platforma üzərindən idarə edəcək. Bu yanaşma, ödəniş prosesində şəffaflığı, izlənə bilənliyi və sürəti artıraraq tərəfdaş agentliklər üçün əhəmiyyətli üstünlüklər yaradacaq.

/ banker.az

Banklar     Tarix: 03 iyun 2025

Oxşar xəbərlər

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti