"Yapı Kredi Bank Azərbaycan"ın maliyyə vəziyyəti məlum olub – XALİS MƏNFƏƏTİ ARTIB

"Yapı Kredi Bank Azərbaycan" QSC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 4 milyon 881min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci yarısını  4 milyon 383 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 2025-ci ilin 1-ci yarısında 2024-cü ilin 1-ci yarısı ilə müqayisədə 499 min manat və ya 11,4% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin 1-ci yarısı ilə müqayisədə 2025-ci ilin 1-ci yarısında "Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri 1 milyon 869 min manat və ya 8,7% artaraq 23 milyon 149 min manat, qeyri-faiz gəlirləri isə 2 milyon 188 min manat və ya 19,2 % artaraq 13 milyon 580 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2025-ci ilin ilk 6 ayı ərzində "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 36 milyon 729 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 28 milyon 480 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8 milyon 249  min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 2 milyon 481 min manat  mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 886 min manat mənfəət vergisi ödəyib.  Beləliklə, "Yapı Kredi Bank Azərbaycan"cari ilin ilk 6 ayını 4 milyon 881 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk 6 ayı ərzində "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 32 milyon 672 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 25 milyon 267 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 405 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 1 milyon 431 min manat  mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və 1 milyon 592 min manat mənfəət vergisi ödəmişdi. Bununla əlaqədar olaraq "Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 4 milyon 382 min manat təşkil etmişdi.
"Yapı Kredi Bank Azərbaycan"ın cəmi aktivləri 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin 1-ci yarısında 138 milyon 454 min manat və ya 19 % azalaraq 30 iyun 2025-ci il tarixində 591 milyon 908 min manat təşkil edib. Cəmi aktivlərin azalması hüquqi şəxslərin Bankdakı depozitlərindəki dəyişiklik ilə əlaqədardır.
KREDİT PORTFELİ ARTIB
Cari ilin ilk 6 ayında "Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 66 milyon 896 min manat və ya 21 % artaraq  384 milyon 484 min manata yüksəlib. "Yapı Kredi Bank Azərbaycan"ın istehlak kreditləri portfeli 12 milyon 602  min manat artaraq  94 milyon 487 min manata, biznes kreditləri portfeli 46 milyon 618 min manat artaraq  234 milyon 378  min manata, ipoteka kreditləri portfeli  7 milyon 674  min manat artaraq 55 milyon 618  min manata yüksəlib.
2025-ci ilin ilk yarısında  "Yapı Kredi Bank Azərbaycan"da cəmi depozitlər əsasən hüquqi şəxslərin depozitlərinin azalması ilə əlaqədar olaraq 141 milyon 765 min manat və ya 26,5 % azalaraq 392 milyon 989 min manata geriləyib. Şirkətlər öz vəsaitlərini layihələrinə və digər xərclərini yönəltdikləri üçün Bankda depozitlərin məbləği azalıb.
MƏCMU KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR
30 iyun 2025-ci il tarixində "Yapı Kredi Bank Azərbaycan"ın 104 milyon 946 min manat məcmu kapitala malik olub.

Banklar     Tarix: 16 iyul 2025

Oxşar xəbərlər

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler dollar mezenne kicik biznes dollar manat kursu telefonla pul qazanmaq