"Yapı Kredi Bank Azərbaycan"ın Müşahidə Şurasına yeni üzv seçilib
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin Müşahidə Şurasına (MŞ) Mehmet Erkan Akbulut yeni üzv seçilib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.
Bununla da, Müşahidə Şurasının sədri ilə bərabər üç üzvü və iki müstəqil üzvi olacaqdır.
Mehmet Erkan Akbulut 1989-cu ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin İdarəetmə bölməsindən məzun olub. O, əmək fəaliyyətinə 1990-cı ildə "Yapı Kredi Türkiyə"də auditor köməkçisi kimi başlayıb. Müfəttişlik fəaliyyətindən sonra bankın Kreditlərin idarə edilməsi bölmə rəhbəri, Korporativ Bankçılıq Kredit Dəstək üzrə Direktor vəzifələrində çalışıb.
Akbulut 2009-2013-cü illərdə "Yapı Kredi Bank Azərbaycan"da Kredit və Risklərin İdarəedilməsi üzrə Baş Direktor müavini vəzifəsində fəaliyyət göstərib. "Yapı Kredi Türkiyə"yə qayıtdıqdan sonra 2013-2018-ci illərdə Korporativ və Kommersiya Kreditlərinin Monitorinqi və Ləğvi üzrə Direktor və Korporativ və Kommersiya Kreditlərinin Monitorinqi və Ləğvi üzrə Qrup Direktoru vəzifələrində çalışıb.
2018-2020-ci illərdə Korporativ və Kommersiya Kreditlərinin Anderraytinqi üzrə Qrup Direktoru, 2020-ci ilin avqustundan 2021-ci ilin avqustuna qədər isə Yığım və Ləğvetmə üzrə İdarəetmə Direktoru olub.
Mehmet Erkan Akbulut 2021-2024-cü illərdə "Yapı Kredi Türkiyə"də Kreditlər üzrə baş direktor müavini vəzifəsini tutub. 2024-cü ilin iyulundan etibarən isə Korporativ Bankçılıq üzrə Baş Direktorun müavini vəzifəsinə təyin edilib.
Onun "Yapı Kredi Türkiyə"də 2021-ci ildən başlayan İdarə Heyətinin üzvü vəzifəsi də davam etməkdədir. Akbulut, həmçinin "Yapı Kredi Faktoring", "Yapı Kredi Leasing" və "Yapı Kredi Almaniya" -da Müşahidə Şurasının üzvüdür.

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
IMEI kod nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?
SMM nə deməkdir?