Yaşam sığortasında ödənişlər yığımları keçib– 562 milyon manata çatıb
Azərbaycanda həyatın yaşam sığortası üzrə sığorta ödənişləri 2026-cı ilin yanvar-avqust aylarında kəskin artıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatlarına istinadən xəbər verir ki, cari ilin ilk 8 ayında həyatın yaşam sığortası üzrə 561 milyon 646,6 min manat sığorta ödənişi həyata keçirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2025-ci ilin eyni dövründə bu göstərici 419 milyon 914,2 min manat olmuşdu. Beləliklə, ödənişlər 141 milyon 732,4 min manat və ya 33,8% artıb.
Eyni dövrdə bu sığorta növü üzrə toplanmış sığorta haqları 498 milyon 528,4 min manatdan 559 milyon 512 min manata yüksəlib. Yığımlardakı artım 12,2% təşkil edib.
Diqqətçəkən məqam odur ki, 2026-cı ilin ilk 8 ayında həyata keçirilmiş ödənişlər həmin dövrdə toplanmış sığorta haqlarını 2 milyon 134,6 min manat üstələyib. Ödənişlərin yığımlara nisbəti ötən ilin eyni dövründəki 84,2%-dən 100,4%-ə yüksəlib.
Bu göstərici özü-özlüyündə sığorta növünün zərərli olması demək deyil. Yaşam sığortasında əvvəlki dövrlərdə bağlanmış müqavilələr və formalaşmış ehtiyatlar üzrə ödənişlər cari dövrdə həyata keçirilə bilər.

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
Bitcoin necə işləyir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın ən varlı 10 adamı
Dünyanın TOP-3 biznes universiteti hansılardı?