"Yelo Bank" aktivlərini ₼1.44 milyarda, cəmi gəlirlərini isə ₼143 milyona qaldırıb

"Yelo Bank" ASC 2025-ci ilin ilk doqquz ayında ümumi həcmi 142,8 milyon manat cəmi gəlir əldə edib.
Banker.az xəbər verir ki, bu barədə Bankın rüblük maliyyə hesabatında qeyd edilib.
Kommersiya bankı ilk üç rübdə 24,8 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 29% azdır. 2024-cü ilin 9 ayı üzrə 35,1 milyon manat idi. Mənfəətin azalmasına əsasən qeyri-faiz gəlirlərinin yarıbayarı azalması və əməliyyat xərclərinin yüksək qalması təsir edib.
Hesabat dövründə bankın ümumi faiz gəlirləri 15,9% artaraq 130,8 milyon manata çatıb. Bunun 94%-i müştərilərə verilmiş kreditlər üzrə faizlərdən formalaşıb (122,8 milyon manat). Faiz xərcləri 21,2% artaraq 47,6 milyon manata yüksəlib ki, bunun da əsas hissəsi — 44,1 milyon manatı depozitlər üzrə faizlərdir. Nəticədə bankın xalis faiz gəliri illik müqayisədə 13,9% artaraq 80,6 milyon manat olub.
Qeyri-faiz gəlirləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin, yəni 50,8% azalaraq 12,0 milyon manat təşkil edib. Xarici valyuta əməliyyatlarından gəlirlər 2,9 milyon manata düşüb (2024-cü ildə 9,4 milyon manat). Əmək haqqı və inzibati xərcləri daxil olmaqla qeyri-faiz xərcləri isə 64,8 milyon manat səviyyəsində sabit qalıb.
30 sentyabr 2025-ci il tarixinə "Yelo Bank"ın aktivləri 1,44 milyard manat olub ki, bu da ilin əvvəlindən 12,9% artım deməkdir. Artım əsasən kredit portfelindəki genişlənmə hesabına baş verib. Müştərilərə verilmiş kreditlər 12,7% artaraq 1,05 milyard manata çatıb. Kredit portfelinin 62%-ni biznes kreditləri (646 milyon manat), 30%-ni istehlak kreditləri (312 milyon manat), qalan hissəsini isə daşınmaz əmlak kreditləri (95 milyon manat) təşkil edib.
Depozit portfeli 11,9% artaraq 1,04 milyard manata çatıb. Fiziki şəxslərin əmanətləri 19,9% artımla 879 milyon manata, hüquqi şəxslərin depozitləri isə 19,1% azalaraq 160 milyon manata enib.
Bankın ümumi kapitalı 169,7 milyon manat təşkil edib ki, bu da ilin əvvəlindən 17,8% artım deməkdir. Bununla belə, Bank illərin yığılmış zərərini azalda bilib: 1 oktyabr 2025-ci il tarixinə 245 milyon manatdan 220 milyon manat səviyyəsində düşüb.
Xatırladaq ki, "Yelo Bank"ın əsası 1994-cü ildə qoyulub. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri), 0,96%-i Anar Həsənova (İdarə Heyətinin sədri), 0,10%-i isə "İSR Holdinq" MMC-yə məxsusdur.

Banklar     Tarix: 15 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq dollar kursu